ELM VƏ TƏHSİL
Nazir: Xaricdə Təhsil üzrə Dövlət Proqramı üzrə bu il artıq 353 nəfər təqaüd qazanıb VİDEO
Bakı, 25 noyabr, AZƏRTAC
Xaricdə Təhsil üzrə Dövlət Proqramı icra olunur. Bu il artıq 353 nəfər təqaüd qazanıb və onlar dünyanın ən nüfuzlu ali məktəblərində təhsillərini davam etdirmək imkanı qazanıblar.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev noyabrın 25-də keçirdiyi brifinqdə söyləyib. Onun sözlərinə görə, 207 nəfər isə doktorantura pilləsi üzrə təhsil alır.
Nazir bildirib ki, noyabr ayının əvvəlində dövlət proqramına qeydiyyat başlayıb: “May ayında proqramı elan etdik. Yalnız siyahıda olan universitetlərə təqaüd verməyi planlaşdırırıq. Ümumiyyətlə 186 universitet üzrə 4126 yeni proqram xaricdə təhsil Dövlət Proqramını əhatə edir”.