İDMAN
“Neftçi”nin rəqibi seneqallı futbolçu transfer edib
Bakı, 30 iyun, AZƏRTAC
Bakının “Neftçi” futbol klubunun UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi Kiprin “Aris” komandası növbəti transferini rəsmiləşdirib.
AZƏRTAC xəbər verir ki, “Aris” Fransanın “Genqam” klubunun hücumameyilli yarımmüdafiəçisi Yannik Qomisi heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Seneqaldan olan 30 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Futbolçu 2018-ci ildən “Genqam”da çıxış edib. O, daha əvvəl “Orleans” və “Lans” komandalarının da formasını geyinib. Seneqal yığmasında iki oyuna çıxmış futbolçu 1 qol vurub.
“Neftçi”nin “Aris”lə ilk oyunu iyulun 21-də Limassolda, cavab görüşü isə ayın 28-də Bakıda baş tutacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:34]
Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
- 26.04.2024 [15:13]
"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq
- 26.04.2024 [14:42]
Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb
- 26.04.2024 [14:26]
Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur
- 26.04.2024 [14:02]
Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm
- 26.04.2024 [13:39]
AFFA Premyer Liqanın 6 klubunu cərimələyib
- 26.04.2024 [13:23]