İDMAN
Niderlandlı turist "Bakı-2015"in könüllüləri haqqında kitab yazacaq VİDEO

Bakı, 19 iyun, A.Həsənova, S.İsgəndərova, AZƏRTAC
Niderlandlı turist Peter De Beer "Bakı-2015"in könüllüləri haqqında kitab yazacaq.
AZƏRTAC-a müsahibəsində Bakıya ikinci dəfədir gəldiyini deyən Peter De Beer həvəskar fotoqraf olduğunu bildirib. “16 gündür Bakının müxtəlif məkanlarını gəzirəm. İyunun 12-dən hər gün Nizami küçəsində "Bakı-2015"in könüllülərinin keçirdiyi aksiyadan müxtəlif fotolar çəkirəm. Ölkəmə qayıdanda könüllülər haqqında kitab yazacağam. Kitabda burada çəkdiyim şəkillərdən də istifadə edəcəyəm. Mən özüm də böyük məmnuniyyətlə ilk Avropa Oyunlarında könüllü kimi fəaliyyət göstərmək istəyirdim. Təəssüf ki, gec müraciət etdiyim üçün qeydiyyatdan keçə bilmədim. Sizin xalqın qonaqpərvərliyinə heyranam. Dünyanın heç bir ölkəsində belə mehriban insanlar görməmişəm. Bundan sonra da Bakıya tez-tez səfər etməyi düşünürəm".