İQTİSADİYYAT


Növbəti “Açıq Mikrofon” aksiyası Qala qəsəbəsində qurulub

Növbəti “Açıq Mikrofon” aksiyası Qala qəsəbəsində qurulub

Bakı, 11 oktyabr, AZƏRTAC

“Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası daxil olan çoxsaylı müraciətlər nəticəsində vətəndaşların problem və təkliflərini dinləmək üçün bu dəfə səyyar qəbul otağını Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağlar massivində qurub.

İB-dən AZƏRTAC-a bildirilib ki, iki saat ərzində “Azəriqaz”ın “Açıq mikrofon”u bu massivin sakinlərinin ixtiyarında olub. Aksiyada iştirak edən vətəndaşlar yeni yaşayış massivində təbii qazdan istifadə edə bilmədiklərini, alternativ yanacaq mənbəyi kimi odunla bağlı da problemlərinin olduğunu bildirərək mavi yanacaqla təmin olunmalarını xahiş ediblər. Ünvanlanan hər bir müraciət qeydiyyata götürülərək, Birliyin baş direktoru Ruslan Əliyevə təqdim olunacaq. Mövcud durum araşdırıldıqdan sonra baş direktor məsələ ilə bağlı müvafiq qərar verəcək.

Qeyd edək ki, bu gün təşkil olunan aksiya sayca 20-cidir. İndiyədək təşkil olunan “Açıq mikrofon” aksiyalarının hər birində ünvanlanan müraciətlərin həlli istiqamətində Birlik tərəfindən işlər görülür, bir çoxunda isə artıq işlər yekunlaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.