ELM VƏ TƏHSİL


Növbəti TOEFL iBT və SAT Subject imtahanları keçirilib

Bakı, 5 iyun, AZƏRTAC

Dövlət İmtahan Mərkəzində SAT Subject və TOEFL iBT imtahanları keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, koronavirusla (COVID-19) əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

SAT imtahanında 1 əcnəbi olmaqla 51 nəfər iştirak edib. Bu imtahana qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı DİM-in rəsmi internet saytından əldə etmək olar.

TOEFL iBT imtahanında isə 1 əcnəbi olmaqla 14 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

Növbəti TOEFL iBT imtahanının iyunun 19-da keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında DİM-in saytında verilmiş linkdən ətraflı məlumat əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.