Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Nüfuzlu “Daily Sabah” nəşri: Zəifləyən Ermənistan iqtisadiyyatı işğalı davam etdirmək gücündə deyil

Nüfuzlu “Daily Sabah” nəşri: Zəifləyən Ermənistan iqtisadiyyatı işğalı davam etdirmək gücündə deyil

Bakı, 28 iyul, AZƏRTAC

Nüfuzlu “Daily Sabah” nəşrində “Zəifləyən Ermənistan iqtisadiyyatı işğalı davam etdirmək gücündə deyil” mövzusunda analitik məqalə çap olunub (https://www.dailysabah.com/opinion/op-ed/armenias-choked-economy-too-weak-for-prolonged-occupation).

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) AZƏRTAC-a bildirilib ki, məqalənin müəllifi İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlıdır. Məqalədə deyilir ki, Ermənistan iqtisadiyyatı pandemiyanın təsiri altında turizm gəlirlərindən mərhum olub, aşağı qiymətlərə görə dağ-mədən sənayesi xammalı ixracının və emiqrantların pul köçürmələrinin azalmasından boğulur: “Ermənistan iqtisadi tənəzzülün qarşısını almaq, xüsusilə də büdcə kəsirini bağlamaq və xarici ödənişlərini etmək üçün Beynəlxalq Valyuta Fondundan Stand-By krediti almaq məcburiyyətində qalıb. Özü də bu kredit xətti Ermənistanın Beynəlxalq Valyuta Fondunda (BVF) olan 128 milyon SDR kvotasının 100 faizi həddindədir. Yəni Ermənistan ala biləcəyi ən yüksək borcu cəlb edir. Çünki COVID-19-a yoluxma səviyyəsinə görə dünyada ən pis vəziyyətdə olan ölkələrdən sayılan Ermənistanın fiskal kəsiri bu il ÜDM-in 5 faizinə, borc yükü isə ÜDM-in 64,1 faizinə çatacaq”.

V.Qasımlı bildirib ki, Ermənistan borc aldığı BVF-nin və Dünya Bankının əsas səhmdarları olan Avropa ölkələri və ABŞ-ın maraqlarına qarşı çıxaraq Avropaya gedən əsas neft, qaz, nəqliyyat layihələrinin bir neçə kilometrliyində Azərbaycana qarşı hərbi təxribatlar törədir: “Axı, Azərbaycan məhz Ermənistanın təhdid etdiyi bu layihələri həyata keçirməklə Avropanın enerji, nəqliyyat və logistika təhlükəsizliyində rol oynayır. Avropa və Çindən başqa Avrasiyanı birləşdirən bu layihələrdə Mərkəzi Asiya və Yaxın Şərq ölkələri də maraqlıdır. Beləliklə, Ermənistanın təhdidi təkcə Azərbaycana deyil, böyük bir coğrafiyaya qarşıdır”.

Müəllifin fikrincə, Ermənistanda iqtisadi artımın əsas drayveri istehlakdı: “Təsəvvür edin ki, Ermənistanda istehlakın iqtisadi artıma təsiri əsas kapitalın iqtisadi artıma təsirindən 11 dəfə və xalis ixracın iqtisadi artıma təsirindən isə 88 dəfə çoxdur. Bəs istehlak haradan formalaşır? Əlbəttə, xaricdən göndərilən pul köçürmələri və ev təsərrüfatlarına verilən kreditlər istehlakı dəstəkləyir. Məsələn, təkcə keçən il Ermənistanda ev təsərrüfatlarına verilən kreditlər 32 faiz və xaricdən pul köçürmələri isə 1,5 faiz artıb. İstehlak əsaslı iqtisadi artım isə ölkənin milli təhlükəsizliyini və iqtisadi təhlükəsizliyini daim kənardan asılı vəziyyətə salır, iqtisadiyyatın immunitetini zəiflədir, erməni dramının volatilliyini yüksəldir və cəmiyyətdə qeyri-bərabərlik yaradır. Bu gün rəsmi göstəricilərə əsasən, Ermənistanın hər 4 vətəndaşından biri yoxsulluq həddindən aşağıda yaşayır. Ermənistanda xalis miqrasiya dərəcəsi (immiqrantlarla emiqrantlar arasındakı fərq) hər min nəfərə mənfi işarə ilə 5,6-dır. Bu da Ermənistanda emiqrantların sayının immiqrantlardan hər 1000 nəfər üçün 5,6 dəfə çox olduğunu göstərir. Ermənistanda emiqrantların yaşı isə 15-65 arası dəyişir. Bu onu göstərir ki, həm gənclər, həm də yaşlılar üçün, yəni, daha geniş yaş spektrində olan vətəndaşlar üçün Ermənistanda yaşamaq və işləmək imkanları daha aşağıdır. Ermənistandan gedənlərə - emiqrantlara həm şəhər, həm də kənd yerlərində rast gəlinir. Digər bir fakt isə erməni emiqrantların daha çox qadın olmasıdır. Asiya İnkişaf Bankının araşdırmasına əsasən MDB ölkələri arasında yalnız Ermənistan bu göstərici ilə fərqlənir. Bu da faktiki olaraq ölkənin demoqrafik artımına mənfi təsir göstərir.

İstehlakın yüksək səviyyəsi Ermənistanda yığımın ÜDM-dəki payını 2017-ci ildəki 16,3 faizdən ötən il 11 faizə endirib deyən V.Qasımlı fikrini davam etdirib: “Ermənistanda strateji ehtiyatlar bu il 2,2 milyard dollardan da aşağı düşəcək və 2025-ci ilə qədər BVF-nin proqnozuna görə heç zaman 2019-cu il səviyyəsinə çatmayacaq. Yığımla bərabər Ermənistanda sərmayə qoyuluşunun da ÜDM-də payı 2017-2020-ci illərdə 2,9 faiz azalıb, bu il daha da azalacağı proqnozlaşdırılır. Ermənistanın cari əməliyyatlar balansında ÜDM-in 8,2 faizi həddində kəsirin olması və bu kəsirin xroniki hal alması iqtisadi təhlükəsizliyi “plintusdan aşağı” həddə endirir. Cari əməliyyatlar hesabının kəsirini maliyyələşdirmək üçün dramın devalvasiyası Ermənistanda yoxsulluğu artırır. Cari kəsirin maliyyələşdirilməsi üçün xarici borc cəlbi isə bu ölkənin qəbul etdiyi fiskal qaydalara və borc strategiyasına ziddir. Xarici sərmayənin cəlbi yolu ilə isə cari əməliyyatlar hesabının kəsirini maliyyələşdirmək mümkün deyil. Çünki işğalçı siyasəti üzündən 4 sərhədindən ikisi bağlı, digər ikisi isə məhdud imkanlara malik olan Ermənistanda xarici sərmayə perspektivi zəifdir. Ermənistanın əsas strateji sahələri - dəmir yolu, elektrik enerjisi, təbii qaz, dağ-mədən, telekommunikasiya və sair isə çoxdan öz inhisarçı sahiblərini tapıblar. Ermənistan iqtisadiyyatı xarici sərmayə üçün “doymuş məhlul”du. Əksinə bu il proqnozlaşdırılır ki, Ermənistanın maliyyə hesabı da qeyri-rezidentlərin depozitlərini geri çəkməsi fonunda kəskin pisləşəcək”.

O, həmçinin Ermənistanın əsas gəlir mənbələrinə də toxunub: “Ermənistanın ixrac gəlirlərinin illik 1 milyard dolları xammal şəklində dağ-mədən sənayesinin məhsullarıdır. Bu sahədə Paşinyan iqtidarının araşdırmalara başlaması sahiblərin dəyişdirilməsinə hesablanıb və investorların inamına zərbə vurur. Ölkəyə valyuta gətirən digər sahələr aqrar məhsulların ixracı və qumar oyunlarıdır. Hətta Ermənistanda qumar iqtisadiyyatının dövriyyəsi ölkənin hərbi büdcəsini üstələyir. Aqrar məhsulların isə bir bazardan - uzaq və çatılması məhdud olan Rusiya bazarından asılılığı bu sahənin davamlı inkişafına maneədir”.

V.Qasımlı sonda bildirib ki, Ermənistanın iqtisadi inkişafı işğal etdiyi Azərbaycan ərazisinin girovuna çevrilib: “Ermənistan perspektivi olmayan işğal siyasətini davam etdirmək üçün siyasi, iqtisadi və hərbi müstəqilliyini böyük güclərə və diasporaya güzəştə gedib. Bu gün Azərbaycan Ermənistanı əhali sayına görə dörd dəfə, əraziyə görə üç dəfə, iqtisadiyyata görə altı dəfə və strateji valyuta ehtiyatlarına görə 25 dəfə üstələyir. “Global Fire Power” təşkilatının reytinqində Azərbaycan ordusu dünyada 64-cü və Ermənistan ordusu isə 111-ci yerdə qərarlaşıb. Ermənistan özündən bu qədər güclü qonşusu Azərbaycanın beynəlxalq aləmdə tanınan ərazilərini işğal altında saxlamaq və Azərbaycana qarşı provokasiyalar törətməklə daha da çıxılmaz vəziyyətə düşür”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Rabat Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir

Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Livanda qeyd edilib

Vaşinqtonda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Ulu Öndər Heydər Əliyevin andan olmasının 101-ci ildönümü Parisdə qeyd edilib

CAR-da binanın çökməsi nəticəsində ölənlərin sayı 14-ə çatıb

Lorin Malmödə müvəqqəti butik açır

Latın Amerikası rekord temperatur və təbii fəlakətlərdən əziyyət çəkir

Qız voleybolçuların muxtar respublika birinciliyində qalib bəlli olub

İmtahanda ən yüksək nəticəni Laçın rayonundan olan şagird göstərib

Rumıniyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Qahirə Hüseynova: insanlarda Ulu Öndərin onları çətinliklərdən xilas edəcəyinə inam vardı

Latviyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə dəyirmi masa keçirilib

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “FEST101” festivalı keçirilib

Prezident İlham Əliyev Laçında kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib YENİLƏNİB

Rustavidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Prezident İlham Əliyev Laçın rayonunun Sus kəndinə köçmüş sakinlərlə görüşüb YENİLƏNİB

Azərbaycan Basketbol Liqası: "Sabah" "Xırdalan"a qalib gələrək finala yüksəlib

Xətai rayonunda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konsert keçirilib

İraqda Ulu Öndərin xatirəsi anılıb

Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş  YENİLƏNİB-2 VİDEO

Gürcüstanın azərbaycandilli məktəblərində “Ulu Öndərin Ömür Yolu” adlı inşa müsabiqəsi keçirilib

YAP-ın təşkilatçılığı ilə “Heydər Əliyev irsi: milli maraqlarla bəşəri dəyərlərin vəhdəti” mövzusunda tədbir keçirilib

Ümummilli Liderin anadan olmasının ildönümü ilə əlaqədar Serbiyada tədbir təşkil edilib

Londonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

COP29-un prezidenti Pakistanda COMSATS-in baş qərargahında olub

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlim keçiriləcək

Pakistanın Baş naziri COP29-a dəvət olunub VİDEO

Premyer Liqa: "Neftçi" doğma meydanda "Kəpəz"i darmadağın edib

Prezident İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub YENİLƏNİB

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə SOCAR-da tədbir keçirilib

Prezident İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub YENİLƏNİB

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanışlıq  YENİLƏNİB

UNESCO-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib VİDEO

Şuşada “Şirin su” hamamının bərpadan sonra açılışı olub YENİLƏNİB

Ordu quruculuğu sahəsində Ulu Öndərin siyasi xəttini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir

Azərbaycanda “Yaşıl gələcək naminə” adlı yaşıllaşdırma aksiyasına start verilib

Naxçıvanda əlilliyi müəyyən olunmuş 12 şəxsə avtomobil təqdim edilib

Gənc prokurorluq əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət edib

AZƏRTAC-ın kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb VİDEO

Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Nyu-Yorkda şahmat turniri keçirilib

Din xadimləri Ulu Öndərin xatirəsini yad ediblər

Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın işıqlı sabahının təməlini qoyub

Türk Dövlətləri Təşkilatında təcrübə proqramı həyata keçirilir

DTX-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirilib

Azərbaycan Ulu Öndər Heydər Əliyevin arzuladığı ucalığa yüksəlib

Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 128 min şəxsə 344 min xidmət göstərilib

MEK-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilən dəyirmi masa

Vitali Jakot: Heydər Əliyev Azərbaycan-Moldova münasibətlərinin banisi və memarıdır

Minskdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uruqvay mətbuatı Azərbaycan xalqının Ümummilli Liderindən yazıb

ADU-da “Azərbaycan-Çin” kitabı təqdim edilib

Respublika Elmi-Texniki Kitabxanasında Ulu Öndər Heydər Əliyevə həsr olunan tədbir keçirilib

MBBİ-nin magistraturasının məzunu Oksford Universitetində dissertasiya müdafiə edib

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin qalib layihələrinin müəllifləri ilə görüş olub

AQTA rəhbərliyi Ulu Öndərin xatirəsini anıb

Mariya Stadnik uduzsa da, lisenziya şansını saxlayıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Batumidə də qeyd edilib

Ağdam Sənaye Parkında görülən işlərlə tanışlıq

Sosial-İqtisadi Kollecdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Ümummilli Liderin doğum günündə Naxçıvanda aztəminatlı ailələrə sovqatlar təqdim olunub

Naxçıvanda istehlakçılara 1,3 milyon manat ƏDV geri qaytarılıb

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar YENİLƏNİB

Bıçaqla xəsarət yetirilən Bərdə sakininin vəziyyəti ağır-stabildir

Kür çayının daşması Qazaxda bir sıra fəsadlar yaradıb

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Tərtərlilər Ümummilli Lider Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad ediblər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Şamaxıda da qeyd edilib

Rusiya Dövlət Duması hökumət sədri postuna Mixail Mişustinin namizədliyini təsdiqləyib

Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü ilə bağlı “Sehrli Ordubad” fotosərgisi açılıb

NAYORA Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib

İkinci yeri tutan gimnast: Bakı çempionatı mənim üçün yaxşı təcrübə oldu

Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNİB

ASAN könüllüləri Ümummilli Lider Heydər Əliyevin xatirəsini anıblar

“AzerGold” və törəmə şirkətlərinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Astarada yeni inşa olunan körpü istifadəyə verilib VİDEO

Medianın İnkişafı Agentliyində Ulu Öndərin anadan olmasının 101 illiyi ilə əlaqədar tədbir keçirilib, Ümummilli Liderin məzarı ziyarət edilib

Naxçıvanda “Heydər Əliyev və Naxçıvan” mövzusunda konfrans keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

İqtisadiyyat Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

ADY rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

® “PAŞA Holding”in törəmə şirkətlərindən olan “Agro Dairy”nin növbəti kənd təsərrüfatı təlimləri keçirilib

Qırğızıstanda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir təşkil edilib

Budapeştdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb VİDEO

Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində ölənlərin sayı 3-ə çatıb

Daşkənddə Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd edilib VİDEO

BŞTİ-nin sektor müdiri: Müsahibədə uğur qazana bilməyən şəxs apellyasiyaya müraciət edə bilər

Kubalı deputat: Kuba-Azərbaycan əlaqələrinin təməli Heydər Əliyev tərəfindən qoyulub

İmişli sakinləri Ümummilli Liderin xatirəsini ehtiramla anıblar

Yekaterinburqda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir

BDU boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edir

Pan-Afrika İqlim Ədaləti Alyansı Azərbaycanın qlobal iqlim fəaliyyəti sahəsində liderliyini yüksək qiymətləndirib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşəcək

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Polşada qeyd edilib

® “AccessBank” Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib

Birinci sinfə qəbulda tədrisi digər dillərdə aparılan bölmələr üzrə təkrar müsahibədə kimlər iştirak edə bilər?