CƏMİYYƏT
Oğuzda 4 tona yaxın narkotik tərkibli bitki məhv edilib VİDEO



Bakı, 28 iyun, AZƏRTAC
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbir nəticəsində Bayan kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, ümumi çəkisi 4 tona yaxın olan 3100 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv olunub.
Faktla bağlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.12.2023 [14:39]
® “Xonça” Peşələr Festivalında iştirak edib
- 05.12.2023 [14:37]
“Ağ ölümə yox deyirik” mövzusunda maarifləndirmə tədbiri təşkil olunub
- 05.12.2023 [14:17]