REGİONLAR
Ölkəmizin ictimai-siyasi həyatında qadınların böyük rolu var
Xırdalan, 7 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Bakı Mühəndislik Universitetində (BMU) müəllim və tələbələrin iştirakı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbiri keçirilib. Tədbir xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan qadını ilə bağlı dəyərli fikirlərinin səsləndirildiyi filmin nümayişi ilə başlanıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə BMU-nun rektoru, professor Havar Məmmədov Azərbaycanda qazanılan nailiyyətlərdə qadınların rolundan danışıb, Ulu Öndərin “Azərbaycan qadını tarixboyu ağlı, zəkası, qeyrəti, namusu, vətənpərvərliyi ilə millətinə, torpağına olan hədsiz məhəbbəti ilə tanınmışdır” fikrini xatırladıb.
Rektor Havar Məmmədov Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ölkəmizin ictimai həyatında qadınların fəaliyyətlərini hər zaman yüksək qiymətləndirdiklərini, onlara xüsusi diqqət və qayğı göstərdiklərini vurğulayıb.
Daha sonra universitetin tələbələri - YAP Gənclər birliyinin sədri Günel Salahova və İlqar Bəşirov ölkəmizdə qadınlara yaradılan imkanlardan danışıblar.
Tədbir universitetin əməkdaşları və tələbələrin ifasında ədəbi-bədii proqramla davam edib.