MƏDƏNİYYƏT


Ölməz bəstəkarın əsərləri səsləndirilib

Bakı, 5 fevral, Zərəngiz Mansurova, AZƏRTAC

Fevralın 5-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində dünya şöhrətli bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Qara Qarayevin 100 illik yubileyinin ölkəmizdə və xaricdə silsilə tədbirlərlə qeyd edildiyini söyləyib.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə öz sənət müəllimi haqqında fəxrlə söz açıb, onun bənzərsiz musiqi dünyasından danışıb.

Muzeyin direktoru, sənətşünaslıq doktoru Alla Bayramova və digər çıxış edənlər bildiriblər ki, dünya şöhrətli bəstəkarın əsərləri keçmiş SSRİ respublikalarında, ABŞ, Polşa, Misir, İspaniya, İtaliya, Fransa, Yaponiya və Almaniyada keçirilən möhtəşəm musiqi tədbirlərində müvəffəqiyyətlə səsləndirilib. Onun Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından bəhrələnərək yaratdığı “Yeddi gözəl” və Cənubi Afrika yazıçısı Piter Abrahamsın romanı əsasında yazdığı “İldırımlı yollarla” baletləri dünyanın bir sıra ölkələrində uğurla nümayiş olunmaqdadır.

Tədbir incəsənət ustaları tərəfindən səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.