REGİONLAR


Ötən il Tərtərdə 100 hektardan çox yeni meyvə bağları salınıb

Tərtər, 9 yanvar, AZƏRTAC

Tərtər rayonunda əhalinin əsas məşğuliyyət növlərindən biri bağçılıq və tingçilikdir. Son illərdə kənd təsərrüfatının digər sahələri kimi, bu istiqamətdə də inkişafa nail olunub.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, Tərtərdə 1397,8 hektar meyvə bağları və 11,6 hektar üzümlüklər var. Meyvə bağlarının 1118,8 hektarı barverəndir. 2018-ci ildə 100,9 hektarda yeni meyvə bağları və giləmeyvəliklər, o cümlədən 32,8 hektarda xurma, 24,3 hektarda şaftalı, 9,9 hektarda armud, 8,2 hektarda gilas, 6,9 hektarda alça, 6,4 hektarda alma, 6,2 hektarda badam və s. bağlar salınıb. 1 milyon 692 min 685 ədəd meyvə və 224 min ədəd dekorativ bitki tingləri yetişdirilib.

Ötən il rayon ərazisindəki bağlardan 10 min 363,7 ton meyvə və giləmeyvə, 1045 ton üzüm yığılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.