DÜNYA
Özbəkistanda Günəş tutulması müşahidə olunacaq
Daşkənd, 8 iyun, AZƏRTAC
Özbəkistanda bu il ilk dəfə nadir astronomik hadisə-Günəş tutulması müşahidə ediləcək. Bu dəfə Günəş tutulması Ayın Günəşin az bir hissəsini tutması şəklində müşahidə olunacaq.
AZƏRTAC Özbəkistanın Uluqbəy adına Astronomiya İnstitutuna istinadla xəbər verir ki, Günəş tutulması iyunun 10-u Daşkənd vaxtı ilə 16:57 dəqiqədə başlanacaq, maksimum fazası 17:26 dəqiqədə özünü göstərəcək və 17:53 dəqiqədə başa çatacaq.
Sonuncu dəfə Özbəkistanda Günəş tutulması ötən il iyunun 21-də qeydə alınıb.
İnstitutun məlumatında deyilir ki, növbəti Günəş tutulması 2022-ci il oktyabrın 25-də olacaq.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]