İQTİSADİYYAT


“PAŞA Həyat” yol-nəqliyyat hadisəsi nəticəsində həlak olmuş şəxsin ailəsinə 100 min manata yaxın sığorta ödənişi etmişdir

Bakı, 25 aprel (AZƏRTAC). “PAŞA Həyat Sığorta” ASC istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə növbəti iri həcmli sığorta ödənişini həyata keçirmişdir.

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “PAŞA Həyat Sığorta” ASC-də sığortalanan müəssisənin işçisi (sığorta olunan) baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişmişdir. Bağlanmış sığorta müqaviləsində qeyd edilən şərtlərə uyğun olaraq, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması qaydası”nın müvafiq bəndi tətbiq edilməklə 99,573 min manat həcmində birdəfəlik sığorta ödənişi faydalanan şəxsin təqdim etdiyi müvafiq bank hesabına köçürülmüşdür.

Birinci rübdə “PAŞA Həyat Sığorta” ASC tərəfindən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə 304 min manata yaxın sığorta ödənişi həyata keçirilmişdir. Bu, ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2,1 dəfə çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.