ELM VƏ TƏHSİL
PREZİDENT İLHAM ƏLİYEVİN GÜRCÜSTANIN AZƏRBAYCANLI MƏKTƏBLİLƏRİNƏ NÖVBƏTİ HƏDİYYƏSİ
Məktəbin direktoru İslam Məmmədov yığıncağı açaraq Azərbaycan Prezidentinin növbəti hədiyyəsini göndərən, borçalıların yaxın dostu Aslan Aslanova təşəkkür etmişdir. O demişdir ki, indiyədək Azərbaycanın yardımından dəfələrlə bəhrələnmişik. Bütün bunlara görə ulu öndərimizin siyasi xəttinin layiqli davamçısı, hansı ölkədə yaşamalarından asılı olmayaraq, bütün azərbaycanlıların Prezidenti İlham Əliyevə, onun xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya minnətdarlığımızı bildiririk. Yeni dərs ili ərəfəsində mən Marneuli şəhərində Azərbaycan səfirliyinin əməkdaşlarından 5 min 26 adda dərslik, birinci sinif şagirdləri üçün içərisində lazımi ləvazimat olan 273 ədəd məktəbli çantası qəbul etmişəm. Bizə göstərdikləri bu diqqət və qayğıya görə çox sağ olsunlar.
Məktəbin müəllimləri xatırlatmışlar ki, məhz ümummilli liderimiz Heydər Əliyevin qayğısı sayəsində Gürcüstandakı bütün Azərbaycan məktəbləri 1993-cü ildən bəri mütəmadi olaraq dərslik və dərs ləvazimatı ilə təmin olunublar. Hazırda bu ənənəni Prezident İlham Əliyev layiqincə davam etdirir.
Tədbirin sonunda şagirdlər Azərbaycana, Gürcüstana və ümummilli liderimiz Heydər Əliyevə həsr edilmiş şeirlər söyləmişlər.