Azərbaycan Dövlət İnformasiya Agentliyi

PREZİDENT İLHAM ƏLİYEV HACIQABULDA KƏRPİC ZAVODUNUN AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR

PREZİDENT İLHAM ƏLİYEV HACIQABULDA KƏRPİC ZAVODUNUN AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR

Hacıqabul, 3 sentyabr (AZƏRTAC). Sentyabrın 3-də Prezident İlham Əliyev Hacıqabulda kərpic zavodunun açılışında iştirak etmişdir.

Zavodun kollektivi dövlətimizin başçısını hərarətlə qarşıladı.

Azərbaycan Prezidenti zavodu işə saldı, müəssisə ilə yaxından tanış oldu, istehsal prosesini izlədi.

Məlumat verildi ki, yeni zavodun inşasına “R-Turan” MMC-nin sifarişi ilə ötən ilin iyulunda başlanmışdır. İnşaat işləri yerli şirkətlər tərəfindən yüksək səviyyədə həyata keçirilmişdir. Müəssisənin tikintisində ayda orta hesabla 220 işçi çalışmışdır. Zavodun ümumi sahəsi 5 hektardır. Buraya qapalı istehsalat korpusu, inzibati bölmə və mehmanxananın yerləşdiyi bina, avtomobil dayanacağı və digər yardımçı binalar daxildir.

Əraziyə asfalt döşənmiş, yaşıllıq zolaqları salınmış, 5 min ağac əkilmişdir. Yerli və xarici müştərilərin istirahəti də diqqətdə saxlanılmışdır. Bunun üçün ərazidə ümumi sahəsi 600 kvadratmetr olan 28 yerlik mehmanxana inşa edilmişdir. Zavodun inzibati bölməsi də yüksək səviyyədə tərtib olunmuşdur. Bölmənin foyesində ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin fəaliyyətləri barədə fotostendlər yaradılmışdır.

Zavodun istehsal sahəsinin elektrik və təbii qazla təminatı tam həll olunmuşdur. Bu məqsədlə ayrıca yarımstansiya tikilmiş, əraziyə 4,5 kilometrlik elektrik, 4 kilometrlik qaz xəttləri çəkilmişdir. Müəssisəni fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün ayrıca generator quraşdırılmışdır. İstehsal zamanı yaranan qazların ətraf mühitə zərər vurmaması üçün texniki tədbirlər görülmüşdür. Zavodda, ofisdə və mehmanxanada mərkəzləşdirilmiş havalandırma sistemləri yaradılmışdır. Zavodda videomüşahidə sistemi də vardır.

Müəssisənin fəaliyyətini Bakı ilə yanaşı, Çexiyadan da izləmək olar. Bu əməliyyatı mobil telefon vasitəsilə də həyata keçirmək mümkündür.

Yeni zavodun inşasına 3,5 milyon, maşın və mexanizmlərin alınmasına 700 min manat vəsait xərclənmişdir. Yaponiya, İtaliya, Almaniya, Polşa və Çexiya istehsalı olan müasir avadanlığın quraşdırıldığı müəssisənin illik istehsal gücü 30 milyon şərti kərpicdir. Burada gündə 8 çeşiddə 300 ton bişmiş kərpic istehsal edilir. Gələcəkdə istehsal gücünün artırılması nəzərdə tutulur. İstehsalatda 75 nəfər daimi işlə təmin olunmuşdur. İkinövbəli iş rejimi tətbiq edildikdən sonra işçilərin sayını artırmaq nəzərdə tutulur. Xammalın götürüldüyü ərazinin zavoda yaxın olması hazır məhsulun maya dəyərinin aşağı olmasına imkan verir. Müxtəlif ölçülərdə kərpiclərin kəsilməsi və qəlibdən çıxan kərpiclərin qurğuya yığılması proseslərini robotlar yerinə yetirir. Zavodun Almaniya istehsalı olan 4 yük avtomobili də vardır. Bu maşınlar kərpici özüboşaldan kranlarla təchiz olunmuşdur.

Azərbaycanda ilk dəfə bu müəssisədə istehsal ediləcək böyük ölçülərdə və yeni növ kərpiclər həm divar, həm də tavan üçün nəzərdə tutulur. Zavodun bütün fəaliyyəti mərkəzləşdirilmiş proqramla robotlar vasitəsilə həyata keçirilir. Zavodda avtomatik aerodinamika sistemi quraşdırılmışdır.

Bundan əlavə, zavodda elektrik enerjisinə qənaət edən konvertor sistemi yaradılmışdır, müəssisə tək kompyuterdən idarə olunur. İstehsal prosesində baş verə biləcək qüsur dərhal aşkar edilir və avtomatik surətdə aradan qaldırılır. Bazar günlərində isə zavod xüsusi proqramlı avtopilotla çalışır. Zavodda yaradılan şərait dünya standartları səviyyəsində məhsul istehsal etməyə imkan verir. Burada məhsulun keyfiyyətini yoxlamaq üçün laboratoriyalar da yaradılmışdır.

Hazır məhsulun satışı ilə bağlı bir neçə yerli inşaat şirkəti ilə müqavilə imzalanmışdır. Məhsulun xarici bazara da çıxarılması üçün konkret tədbirlər görülür. Bəzi ölkələrin şirkətləri ilə danışıqlar aparılmışdır və artıq müəyyən nəticələr vardır.

Prezident İlham Əliyev istehsal sexinin idarəetmə mərkəzi ilə də tanış oldu. Bildirildi ki, sexdəki bütün avadanlıq və robotların fəaliyyəti bu mərkəzdən idarə olunur.

Zavodun fəaliyyəti ilə tanış olan dövlətimizin başçısı kollektivlə görüşdü. Prezident İLHAM ƏLİYEV müəssisənin işçilərini təbrik edərək dedi:

- Gözəl zavodun açılışı münasibətilə sizi təbrik edirəm. Azərbaycanda son illər ərzində bir neçə kərpic zavodu tikilmişdir. Amma bu kərpic zavodu o biri zavodlardan fərqlənir. Burada tam avtomatlaşdırma sistemi qurulub. Mən gəzdim, baxdım, gördüm ki, burada ən müasir texnologiya tətbiq olunub, müəssisə yüksək keyfiyyətlə tikilib. Burada quraşdırılan robotlar, yeni avadanlıq, kompyuter texnologiyaları müasirlikdir, yenilikdir, Azərbaycanın inkişafıdır, istehsal mədəniyyətidir.

Azərbaycanda istehsal artır, sənaye istehsalı bu il də artıb. Baxmayaraq ki, dünyada əksər ölkələrdə sənaye istehsalı aşağı düşür, Azərbaycanda artım vardır. Kərpic zavodunun tikintisi o deməkdir ki, inşaat sektorunun inkişafı davam edir. Əgər belə olmasaydı, kərpic zavodunun tikintisinə ehtiyac olmazdı. Çox şadam ki, belə gözəl zavod Hacıqabulda tikilib. Bölgələrin, regionların inkişafı sürətlə gedir və belə yeni, gözəl müəssisələrin yaradılması bizim regional proqramın uğurla icrasını təmin edir.

Azərbaycanda son illər ərzində minlərlə yeni müəssisə yaradılıb, yerli istehsal artıb, idxal azalıb. Biz özümüzü demək olar ki, kənd təsərrüfatı məhsulları ilə maksimum dərəcədə təmin edirik. Azərbaycanda inşaat materialları istehsal olunur, yeni sənaye sahələri yaradılır. Çox sevindiricidir ki, bu müddətdə, bu mərhələdə Azərbaycanda yaradılan yeni istehsal sahələri artıq dünyanın ən yüksək standartlarına cavab verir. Əminəm ki, bu kərpic zavodu dünyanın ən inkişaf etmiş ölkələrindəki oxşarlarından fərqlənmir. Burada yüksək istehsal keyfiyyəti, istehsal mədəniyyəti mövcuddur. Böyük investisiyalar qoyulub, bu maşınlar çox bahalı maşınlardır. Tikintiyə də böyük investisiyalar qoyulubdur. Bu onu göstərir ki, yerli sahibkarlar tam əmindir, Azərbaycanda iqtisadi inkişaf davam edəcək, Azərbaycanda ictimai-siyasi vəziyyət həmişəki kimi çox yüksək səviyyədə olacaqdır. Siyasi sabitlik iqtisadi inkişafın başlıca şərtidir. Ölkəmizin regionlarının inkişafı bizim bütün iqtisadi və siyasi potensialımızı gücləndirir.

Mən bir daha sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik etmək istəyirəm və sizə işinizdə uğurlar arzulayıram.

                                                X X X

Sonda Prezident İlham Əliyev zavodun kollektivi ilə xatirə şəkli çəkdirdi.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Oğuz rayonu və tanınmış insanları” adlı kitabın təqdimatı olub

Fransada dövlət qulluqçuları maaş artımı tələbi ilə tətilə hazırlaşırlar

Mateuş Koxalski “Qarabağ”la vidalaşıb

Südabə Qazıyeva: Şəhidin adını hara gəldi yazmaq, şəklini yapışdırmaq onun əziz xatirəsinə layiq deyil

Voleybol üzrə Türkiyə millisi ardıcıl 2-ci dəfə Avropa çempionu olub

Premyer Liqa: “Turan Tovuz” “Sumqayıt”a, “Qarabağ” “Araz-Naxçıvan”a qalib gəlib

Şair-publisist Hidayət Səfərli: Şuşanın daşına boya çəkilməz

Tarixi irsin qorunması yalnız dövlətin deyil, hər bir insanın məsuliyyətidir ŞƏRH

Avropa Komissiyasının Prezidenti Qrenlandiyaya səfər edib

Xuraman Qənbərova: Şəhidlərimizin izini şəxsi yazılarla korlamaq yolverilməzdir

Çex arxeoloqları Qazaxıstanda sovet repressiyalarının izlərini araşdırırlar

Şəhid atası: Şuşanın qayalarına yazılan adlar o torpağın mənəvi dəyərinə kölgə salır

Əziz Şiriyev: Şəhidlərimizin xatirəsini qayalara adlar yazmaqla deyil, Qarabağı qorumaqla yaşatmalıyıq

Memar: Tarixi abidələrə ciddi nəzarət edilməlidir VİDEO

Memar: Tarixi abidələrə ciddi nəzarət edilməlidir VİDEO

Ağdamlı məktəblinin uğurları Türkiyə mediasının diqqətini çəkib

Bu saata olan əsas xəbərlər

Vüqar Əhmədov: Mədəni irs ümumbəşəri anlayışdır və onun qorunması tarixin qorunmasına töhfədir

Prezidentin sosial şəbəkə hesablarında dövlətimizin başçısının Hərbi Dəniz Qüvvələrində olması ilə bağlı paylaşım edilib VİDEO

Şəhid atası: Oğlum əsir düşməmək üçün canından keçdi, indi o qayalara ad yazmaq necə mümkün ola bilər?

Vətən müharibəsi qazisi: Şuşanın hər daşı tariximizin bir parçasıdır

Turizm eksperti: Tarixi və mədəni abidələrə zərər vurulması yolverilməzdir

Mürvət Əsgərov: Şəhidlərimiz adlarını daşlara deyil, qanları ilə tarixə yazdılar

İsveç mediası 18 yaşlı azərbaycanəsilli namizəd barədə yazır

Milli Məclisin sədri Amerika Birləşmiş Ştatlarında işgüzar səfərdədir

Şuşa döyüşlərinin iştirakçısı: Biz o qayalara tariximizi qanımızla yazmışıq

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sokolovda Milli Azlıqlar Festivalında Azərbaycan mədəniyyəti təqdim olunub

Turizm eksperti: Şuşanın qayalarında bizim adlarımız deyil, bu şəhərin öz tarixi qalmalıdır

Mədəni-tarixi abidələrimizə zərər vurmağa heç kimin haqqı yoxdur - AÇIQLAMA

Turizm məkanlarına münasibətdə ictimai məsuliyyət artırılmalıdır - ŞƏRH

Şəhid anası: Qəhrəmanlarımızın xatirəsini daşlara adlar yazılması ilə yaşatmamalıyıq

Şəhid qanı ilə yoğurulub Vətən olan torpağa, daşa niyə adımızı yazmaq zərurəti hiss edək ki?!

Razi İbrahimov: Tarix qayalardakı güllə izlərini artıq qəbul edib, həmin izlərə toxunmaq olmaz

Qazi Asim Əliyev: Şuşanın qayalarına yazı yazmaq yox, onun tarixini qorumaq lazımdır

Kiyevdə ABŞ Prezidentinin xüsusi nümayəndələri ilə danışıqlar aparılır VİDEO

Kiyevdə ABŞ Prezidentinin xüsusi nümayəndələri ilə danışıqlar aparılır VİDEO

Ehtiyatda olan zabit: Şuşanı sevmək onun qayalarına ad yazmaq deyil, hər daşını qorumaqdır

Oğuz ziyalısı: Şəhidlərimiz öz adlarını tariximizə və ürəklərimizə əbədi yazıblar

“Bu, sənət deyil, təbiətə müdaxilədir” - rəssam Cıdır düzündəki yazılardan danışdı

Dosent: Tarixi və mədəni abidələrə hörmət milli mənəviyyatımızın göstəricisidir

Cıdır düzündəki yazılara tarixçi-alimdən etiraz: “Bu, subkulturadır” VİDEO

Cıdır düzündəki yazılara tarixçi-alimdən etiraz: “Bu, subkulturadır” VİDEO

Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub VİDEO

“Cıdır düzündə qayalara ad yazılmasını düzgün qiymətləndirmirəm” - müharibə veteranı

Naxçıvanda zəncirvari qəza - 4 avtomobil toqquşub VİDEO

Naxçıvanda zəncirvari qəza - 4 avtomobil toqquşub VİDEO

Şəhid atası: Tarix yazan oğulların adını harasa yazmağa ehtiyac yoxdur

Sentyabrın 7-si üçün hava proqnozu: bəzi ərazilərə leysan və dolu düşəcək

Almatıda onkoloji xəstələr üçün robotlaşdırılmış aptek kompleksi istifadəyə verilib

Şəhid qardaşı: Şuşada hər daşın öz hekayəsi var

Etibar Hüseynova: Şəhidlərin xatirəsinə hörmətlə yanaşmalı, tarixi və mədəni irsimizi qorumalıyıq

“Orada oğullarımızın ayaq və qan izləri var, əlavə yazılara ehtiyac yoxdur” - şəhid anası VİDEO

“Orada oğullarımızın ayaq və qan izləri var, əlavə yazılara ehtiyac yoxdur” - şəhid anası VİDEO

Pərvin Kərimzadə: Şəhidlərin xatirəsi qorunmalı, tarixi irsimiz yaşadılmalıdır

Almaniyanın Saksoniya-Anhalt əyalətində parlament seçkiləri keçirilir

ADAU dosenti: Şəhidin adını daşın üzərinə yazmaq onu əbədiləşdirmir

Macarıstan istifadəsiz sənaye ərazilərini yaşayış məhəllələrinə çevirir

Sabah Bakıda hava kəskin dəyişəcək - yağış və güclü külək gözlənilir

Məktəb direktoru: Şəhidlərimizin adını daşlarda deyil, qəlblərdə yaşadaq

Deputat: Şuşanın qayaları xatirə dəftəri deyil, qan yaddaşımızın canlı salnaməsidir

Tural Gəncəliyev: Tarixi abidələrin qorunması ümumbəşəri məsuliyyətdir

Bu saata olan əsas xəbərlər

Şuşanın qayalarına yazılan şəhid adları ilə bağlı çağırış: “Bu, hörmət əlaməti sayıla bilməz”

Prezident: Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb

Esvatininin Kralı Əlahəzrət III Msvatiyə

Tarixi-mədəni və təbii irsi qorumaq hər birimizin məsuliyyətidir ŞƏRH

Heykəltaraş: Daşın yaddaşına toxunmaq olmaz

Əlverişsiz hava yollarda vəziyyəti çətinləşdirə bilər - BDYPİ-dən xəbərdarlıq

QHT sədri: Tarixi-mədəni irsə qarşı hörmətsizlik qəbuledilməzdir

Vətən müharibəsi iştirakçısı: Qarabağın tarixi irsinə hörmətlə yanaşmaq hər birimizin borcudur

Şuşanın daş yaddaşına toxunmayaq

Cəsarət Hüseynzadə: Şuşanın divarlarına öz adımızı yazmağa deyil, onun adına layiq davranmağa borcluyuq

Ağdam rayonunda mina partlayışı baş verib

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Qazi: Şuşanın hər daşı, hər qayası xalqımızın keçdiyi ağır və şərəfli yolun canlı şahididir

Şəhid adı daşa yazılmır: Xatirəni əbədiləşdirmək, yoxsa milli irsimizə iz salmaq?

Turizm eksperti: Şuşaya gələn hər kəs bu şəhərin tarixi və mənəvi əhəmiyyətini dərk etməlidir

Balakən ziyalısı: Şəhidlərə olan sevgimizi qayalara deyil, qəlblərə həkk etməliyik

Solomon adalarında 5,8 bal gücündə zəlzələ olub

Qubada Beynəlxalq Şahmat Festivalı start götürüb

Dünyaşöhrətli alim Lütfi Zadənin vəfatından doqquz il ötür

İsrail Livanın cənubunu yenidən bombalayıb

Media: İran Hörmüz boğazında ABŞ-yə məxsus pilotsuz aparatı vurub

Çində torpaq sürüşməsi baş verib: ölənlər var VİDEO

Çində torpaq sürüşməsi baş verib: ölənlər var VİDEO

Ukrayna ilə bağlı danışıqlara dair növbəti addımlar yaxın həftələrdə açıqlanacaq

ABŞ hərbçiləri Sakit Okeanda narkokartelə xidmət edən gəmiləri batırıb

V Haraldın dəfn mərasimində Britaniya Kralını şahzadə Uilyam təmsil edəcək

Almaniya Kansleri Fridrix Merts bəzi etiraflar edib

Pentaqon rəhbəri İranı hədələyib

“Phantom" tipli qırıcı təyyarə aviaşouda qəzaya uğrayıb

Müharibə əlili Tariyel Didarov: Tarixdə iz qoymaq istəyiriksə, ilk növbədə tariximizi qorumalıyıq

Peru hökuməti beş həbsxanada fövqəladə vəziyyət elan edib

Uşakov: Amerikalılarla danışıqlar konstruktiv keçib

İsrail ordusu Suriyanın bir sıra ərazilərini atəşə tutub

İran ordusu ABŞ-yə məxsus gəmilərə zərbələr endirib

Kreml görüşü 3 saatdan çox çəkib YENİLƏNİB

Yazıçı-publisist: Hər birimiz ölkəmizin tarixi-mədəni irsinə və milli yaddaşına hörmət etməliyik

Bundesliqa: “Bavariya” səfərdə xal itirib

Rəssam: Təbii mənzərəyə yad müdaxilə yolverilməzdir

Rusiya Prezidenti: Əmrimlə Kiyevə zərbələr dayandırılıb

İstanbul derbisi: "Fənərbağça" öz meydanında "Beşiktaş"a uduzub

Siyasi şərhçi: Mədəni irsin qorunması üçün ictimai məsuliyyət vacibdir

"Neftçi" öz meydanında "Şəfa"ya böyük hesabla qalib gəlib

Kinşasada toy mərasimində yanğın baş verib: 22 nəfər həlak olub