İQTİSADİYYAT
Paata Aroşidze: Şirkətimiz üçün yerli və xarici tərəfdaşlar tapmaq sahəsində sərginin çox böyük əhəmiyyəti var
Bakı, 18 may, AZƏRTAC
Gürcüstanın “Saveli” şirkəti ilk dəfədir ki, Bakıdakı sərgidə iştirak edir.
Şirkətimiz əsasən gürcü mətbəxindən hazırlanan ət və toyuq məhsullarından “sativi”, “xarço” konservləşdirilmiş yeməklər hazırlayır.
Bu barədə AZƏRTAC-a müsahibəsində Bakı Ekspo Mərkəzində 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi “Caspian Agro 2022” və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgilərində məhsullarını nümayiş etdirən Gürcüstan şirkətinin nümayəndəsi Paata Aroşidze deyib.
Azərbaycanda olmağından çox məmnunluğunu ifadə edən P.Aroşidze sərginin yerli və xarici tərəfdaşlar tapmaq sahəsində böyük əhəmiyyət daşıdığını qeyd edib.