DÜNYA


Pakistanda şiddətli yağışlar: 27 nəfər ölüb

Bakı, 15 avqust, AZƏRTAC 

Pakistanda yağan güclü yağışlar fəlakət və qəzalara səbəb olub.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ölkənin təhlükəsizlik orqanları baş verən qəzalarda 27 nəfərin öldüyünü, 46 nəfərin xəsarət aldığını bildirib.

Qeyd edək ki, 16 saat davam edən güclü yağış sel və torpaq sürüşmələrinə səbəb olub. Evlərini tərk edə bilməyən insanların xilas olunması istiqamətində işlər davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.