DÜNYA


Pakistanda son sutka ərzində 3938 nəfər koronavirusa yoluxub

İslamabad, 3 iyun, АZƏRTAC

Son sutka ərzində Pakistanda COVID-19 koronavirusuna yoluxanların sayı 3938 nəfər artıb və 76398 nəfərə çatıb.

AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, son gün ərzində bu virusdan 78 nəfər dünyasını dəyişib və ölənlərin sayı 1621 nəfərə çatıb.

Qeyd edilir ki, Sind əyalətində 29647, Pəncabda 27850, İslamabadda 2893 nəfər koronavirusa yoluxub. Son günlər Xayber-Paxtunxva, Bəlucistan və digər əyalətlərdə də koronovirusa yoluxanların sayı artıb.

Bildirilir ki, indiyədək ölkədə koronavirusdan 27110 nəfər sağalıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.