SİYASƏT


Peter Marçek: Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Bakı, 22 sentyabr, Ayla Sadıq, AZƏRTAC 

Azərbaycan parlamentinin yaranmasının 100 illiyi münasibətilə xalqınızı təbrik edirəm. Bu, böyük tarixdir. Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri olaraq buna çox sevinirəm.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda iştirak edən Slovakiya parlamentində Azərbaycan ilə dostluq qrupunun rəhbəri Peter Marçek deyib.

Bakıya bir neçə dəfə səfər etdiyini söyləyən qonaq Azərbaycanın çox zəngin dövlət olduğunu bildirib. O vurğulayıb ki, Azərbaycan rəhbərliyi ölkənin inkişafının qayğısına qalır. “Mən ilk dəfə Bakıya 2007-ci ildə gəlmişəm, 2017-ci ildəki və indiki səfərlərim zamanı şəhərinizi tanımadım. Ölkənizin sürətli inkişafının bir daha şahidi oldum. Azərbaycan xalqına daimi rifah arzulayıram”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.