ELM VƏ TƏHSİL


Pilot peşə təhsil müəssisələrində strateji inkişaf planları müzakirə olunub

Bakı, 21 yanvar, AZƏRTAC 

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində və İsmayıllı Peşə Tədris Mərkəzində rəhbər və mühəndis-pedaqoji heyətin, işəgötürənlərin, həmçinin təhsil prosesində iştirak edən digər maraqlı tərəflərin iştirakı ilə görüş keçirilib.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə təhsil mərkəzləri üçün hazırlanan Strateji İnkişaf Planları müzakirə olunub və prioritet istiqamətlər üzrə hədəfləri nəzərə alaraq, illik fəaliyyət planı razılaşdırılıb.

Xatırladaq ki, ötən il “Qəbələ, Qax və İsmayıllı rayonlarında duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsi çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, Qax Peşə Liseyi və İsmayıllı Peşə Tədris Mərkəzi üçün strateji inkişaf planları hazırlanıb. Planların hazırlanması zamanı hər üç pilot peşə təhsili müəssisəsinin insan resursları, mövcud infrastrukturu, maddi-texniki bazası ilə yanaşı, regionun xüsusiyyətləri və dövlətin iqtisadi inkişaf sənədlərində prioritet hesab edilən sahələr də nəzərə alınıb. Strateji inkişaf planları pilot peşə təhsili müəssisələrinə müstəqil inkişaf yollarını müəyyənləşdirməyə, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla büdcədənkənar maliyyələşməyə nail olmağa imkan yaratmağı nəzərdə tutur.

“Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsi Avropa İttifaqı və Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin tərəfindən maliyyələşir və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən icra olunur. Layihənin məqsədi Qəbələ, İsmayıllı və Qax rayonlarında yerləşən 3 pilot peşə təhsil müəssisəsində Almaniyanın duala bənzər peşə təhsili və təlimi yanaşmasının tətbiqi ilə kənd təsərrüfatı və turizm sahələrində peşə təhsili və təliminin cəlbediciliyini artırmaq və əmək bazarına uyğunluğunu təmin etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.