SİYASƏT


Prezident İlham Əliyev: Türkiyə və Azərbaycan dünyanın yeni nizamına daha tez hazır olmuş ölkələr sırasındadır

Bakı, 15 oktyabr, AZƏRTAC 

Bizim siyasətimiz hər zaman praqmatik olub - real durumu düzgün təhlil etmək, öz maraqlarımızı düzgün təsbit etmək. Bu maraqlara necə nail olacağıq, bunu düşünmək, taktikamızı yaratmaq, strateji baxış çərçivəsində taktiki gedişlərdə düzəlişlər etmək. Ancaq bununla bərabər prinsipial mövqeyimizdən dönməmək. Bu siyasət bu gün bizə uğur gətirir. Mən hesab edirəm ki, Türkiyə və Azərbaycan dünyanın yeni nizamına daha tez hazır olmuş ölkələr sırasındadır. Eyni zamanda, Türkiyə bu gün dünya miqyasında böyük güc kimi dünyanın yeni nizamının formalaşmasında çox fəal rol oynayır.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri Türkiyənin NTV kanalına müsahibəsində dünyadakı və bölgədəki yeni reallıqları şərh edərkən səsləndirib.

Dövlətimizin başçısı sözünü davam etdirərək deyib: “Bizim regionumuza artıq Türkiyə-Azərbaycan birliyi bir reallıqdır. Bununla hər kəs barışmalıdır. Nə qədər çox vaxt keçsə, bizim birliyimiz daha da güclənəcək. Çünki Türkiyənin potensialı, Azərbaycanın təbii resursları, bizim aramızda olan nəqliyyat layihələri, Türkiyə və Azərbaycan vasitəsilə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda, Orta Asiyadan, Əfqanıstandan Azərbaycan və Türkiyə ərazilərindən yeni nəqliyyat layihələrinin icra edilməsi - bütün bunlar yenilikdir. Yeni bir nəqliyyat xəritəsi mövcuddur. Yeni enerji xəritəsi mövcuddur. Mən gələcəyi çox nikbin görürəm. Mən əminəm ki, biz istədiyimizə nail ola biləcəyik. Çox şadıq ki, bizim Türkiyə kimi qardaş ölkəmiz var, güclü dövlət var, sözünü deyən, maraqlarını müdafiə edən, heç kimdən çəkinməyən və irəliyə gedən. Bu, bizim gücümüzü artırır. Türkiyə üçün Azərbaycan, Azərbaycan üçün Türkiyə bir nömrəli müttəfiqdir. Bu, böyük sərvətdir. Bu hadisələr bizim əlaqələrimizi daha da möhkəmləndirdi”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.