CƏMİYYƏT
Qaradağ rayonunda prokurorluq işçilərinin peşə bayramı qeyd olunub
Bakı, 30 sentyabr, AZƏRTAC
1 oktyabr – prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətində tədbir keçirilib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov prokurorluq işçilərinin peşə bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib, prokurorluq orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin müstəsna rolunu qeyd edib. O, prokurorluq orqanları əməkdaşlarının Prezident İlham Əliyevin diqqət və qayğısı əhatə olunduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan Respublikası Prokurorluğu qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun və hüquq qaydasının qorunmasına xidmət etdir.
Sonda prokurorluq sistemində səmərəli fəaliyyətinə və prokurorluq işçilərinin peşə bayramı günü münasibəti ilə rayon prokurorluğunun bir neçə əməkdaşı fəxri fərman və xatirə hədiyyəsi ilə təltif olunub.