REGİONLAR
Qaxlı fermerlər bu il zəmilərdən 40 min ton taxıl tədarük ediblər
Qax, 23 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Qax rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyası müvəffəqiyyətlə başa çatıb. Builki mövsümdə rayonda 13 min 572 hektar zəminin məhsulu biçilib, 40 min ton taxıl istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 29,5 sentner təşkil edib. İstehsal olunan taxılın 32 min tonu buğda, 8 min tonu isə arpadır.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon icra hakimiyyətindən məlumat verilib.
Qurumdan onu da bildiriblər ki, rayonun tütünçülük təsərrüfatlarında isə hazırda tütün yığımı mütəşəkkil qaydada aparılır. “Azərtütün” MMC-nin rayonda fəaliyyət göstərən emal məntəqəsi mövsümün əvvəlindən indiyədək istehsalçılardan 215 ton yaşıl tütün kütləsi qəbul edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]