DÜNYA
Qazaxıstanda ilk dəfə latın əlifbası ilə kütləvi imla yazılıb
Astana, 15 noyabr, AZƏRTAC
Qazaxıstanda kiril əlifbasından latın əlifbasına keçid proqramı çərçivəsində 1,5 milyondan çox adam ilk dəfə latın qrafikası ilə kütləvi imla yazma tədbirinə qatılıb.
AZƏRTAC xəbər verir ki, eyni zamanda, məktəb, universitet, dövlət idarələrində imla yazılıb.
Qazaxıstan Mədəniyyət və İdman Nazirliyi tərəfindən ölkə daxilində ilk dəfə təşkil olunan tədbirə qatılanlar kitabxana və digər təhsil müəssisələrində eyni saatda dinlənilən imlanın səs yazısını latın əlifbası ilə yazıblar.
Qazaxıstan mədəniyyət və idman naziri Arıstanbek Muhamediulı görkəmli ədəbiyyatşünas, idmançı və artistlərlə Astanada Milli Kitabxanada təşkil olunan imla yazı tədbirinə qatılıb.
Nazir, xalqın latın əlifbasına alışması üçün bu cür tədbirlərin davamlı keçiriləcəyini bildirib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]