DÜNYA


Qazaxıstanın Almatı və Nur-Sultan şəhərlərində banklar karantinə bağlanacaq

Nur-Sultan, 28 mart, AZƏRTAC

Qazaxıstan Milli Bankı koronavirusla əlaqədar tətbiq olunmuş karantin rejimi ilə bağlı Nur-Sultan və Almatı şəhərlərində kommersiya banklarının fəaliyyətini məhdudlaşdırıb.

AZƏRTAC xəbər verir ki, cari il martın 30-dan aprelin 5-dək bankların hesablaşma-kassa şöbələri bağlanacaq. Bununla yanaşı, banklar ödənişlərin və pul köçürmələrinin qəbulunu məsafəli yerinə yetirəcəklər.

Bankomat və ödəniş qəbulu terminalları adi rejimdə işləməyə davam edəcəklər. Həmin dövrdə bütün maliyyə təşkilatları, kollektor agentlikləri və lombardlar bağlanacaq.

Bundan başqa, bu tarixlərdə Nur-Sultanda və Almatıda demək olar ki, bütün müəssisə və təşkilatların fəaliyyəti dayandırılacaq. Qazaxıstanın paytaxtında martın 30-dan aprelin 5-dək ictimai nəqliyyatın hərəkəti də dayanacaq.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.