REGİONLAR


Qəbələ şəhərinin küçələrinə asfalt döşənir

Qəbələ, 10 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Qəbələ şəhərinin yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Hazırda şəhərdaxili küçələrin asfaltlaşdırılması işləri davam etdirilir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, icra hakimiyyətinin tədbirlər planına uyğun olaraq, şəhərin daxili küçələrində aparılan abadlıq-quruculuq işləri çərçivəsində hazırda Qəbələ şəhər Bələdiyyəsi tərəfindən Nəsimi və Afiyəddin Cəlilov küçələrinə asfalt örtüyü çəkilir. Küçələrin abadlaşdırılması işləri sakinlər tərəfindən razılıqla qarşılanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.