DÜNYA


Qırğızıstan ilə Tacikistan arasında atəşkəs barədə razılıq əldə edilib

Bişkek, 29 aprel, АZƏRTAC

Qırğızıstan ilə Tacikistan arasında bu gün yerli vaxtla saat 20:00-dan etibarən atəşkəs ilə bağlı razılıq əldə edilib. Hər iki ölkənin hərbi qüvvələri əvvəlki mövqelərinə qayıdıb.

AZƏRTAC Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bununla bağlı razılaşma Qırğızıstanın və Tacikistanın xarici işlər nazirləri Ruslan Kazakbayev və Sirojiddin Muxiddin arasında aparılan danışıqların nəticəsində əldə edilib.

Dünən axşamdan başlayan qarşıdurmada bir nəfər ölüb, 46 nəfər yaralanıb. Qırğızıstan tərəfi münaqişə zonasından 400-dən çox insanı təhlükəsiz ərazilərə köçürüb.

Xatırladırıq ki, qarşıdurma Qırğızıstanın Batken rayonunun Kok-Taş kəndinin ərazisinə Tacikistan tərəfinin suya nəzarət etmək üçün dirəklərə videokameralar quraşdırmasından sonra başlanıb. Tacikistan tərəfi qırğız kəndinin əhalisini daşa tutub, ov tüfənglərindən atəş açıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.