DÜNYA
Qırğızıstanda koronavirusa yoluxanların sayı 298 nəfərə çatıb
Bişkek, 10 aprel, АZƏRTAC
Son sutka ərzində Qırğızıstanda COVID-19 koronavirusuna yoluxanların sayı 18 nəfər artaraq 298-ə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Qırğızıstan Səhiyyə nazirinin müavini Mademin Karatayev Bişkekdə keçirdiyi brifinqdə məlumat verib. O, bildirib ki, yeni virusa yoluxanların 11-i kişi, 7-si qadındır. Yeni koronavirusa yoluxanların sayı da karantində olanların hesabına artıb.
Nazir müavini deyib ki, indiyədək 30 xəstə sağalıb və evə yazılıb, 4 nəfər dünyasını dəyişib, tibb işçiləri arasında koronavirusa yoluxanların sayı 34 nəfərdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [16:05]
Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində bir nəfər ölüb VİDEO
- 10.05.2024 [15:51]
Çadın hərbi lideri Debi İtno mübahisəli seçkilərin qalibi elan edilib
- 10.05.2024 [14:51]
Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanıb
- 10.05.2024 [14:44]
Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər
- 10.05.2024 [14:13]