Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Qlobal siyasətin dəyişməsi: radikalizm və lokallaşma meyilləri artır

Qlobal siyasətin dəyişməsi: radikalizm və lokallaşma meyilləri artır

ABŞ-da Donald Trampın seçkidə qələbə qazanması dünya siyasi dairələrində təlatüm yaradıb. İndi analitiklər və ekspertlər bütövlükdə bəşəriyyəti nələrin gözlədiyini təhlil etməyə çalışırlar. Söhbət dünya siyasətində meydana çıxa biləcək mənzərədən gedir. Bir sıra mütəxəssislər hesab edirlər ki, Tramp fenomeni son illər Qərb siyasi mühitində özünü göstərən proseslərin birbaşa məntiqi nəticəsidir. Konkret deyilsə, Avropada antiqlobalist, antimüsəlman, antimiqrant mövqeyində olan siyasətçilərin reytinqləri yüksəlir. Avropa bununla daha çox ultramillətçi və radikal müstəviyə keçid edir. Həmin prosesi təsdiq edən faktlardan biri də Qərbdə bu cür mövqedə olan siyasətçilərin seçkilərdə getdikcə daha çox səs qazanmasıdır. Bu məsələ üzərində geniş dayanmağa ehtiyac görürük.

Trampdan sonra: Qərb siyasətinin müəmmaları və reallıqları

ABŞ-dakı prezident seçkisinin nəticəsi dünya KİV-də yeni intensivliklə təhlil edilir. Analitik və ekspertlər qlobal siyasətə bu hadisənin mümkün təsirlərini proqnozlaşdırmağa çalışırlar. Onların sırasında inteqrasiya prosesinin tədricən lokallaşma ilə əvəz olunacağını düşünənlər var. Geniş mənada bu, ümumiyyətlə, bəşəriyyətin taleyi ilə sıx bağlı olan məqamdır və həmin keyfiyyətdə kifayət qədər düşündürücü təsirə malikdir.

Məsələnin mahiyyəti ondan ibarətdir ki, bəzi strateqlər qloballaşmanın Qərbin böyük dövlətlərinin öz suverenliyi, milliliyi, mədəni fərqliliyini qabartması ilə əvəzlənə biləcəyini ehtimal edirlər. Bu, müasir dünyanın gedişatını əhəmiyyətli dərəcədə dəyişmək anlamına gəlir. Çünki inteqrasiyanı regional və milli maraqlara uyğun siyasət əvəz etmiş olur. Bu, bütövlükdə son 200 ildə Avropa fəlsəfi-siyasi fikrində yer almış sosial inteqrasiyanın millətlərüstü formasına keçidin iflası deməkdir. Lakin Qərbdə Yurgen Habermas kimi fikir sahiblərinin irəli sürdüyü daha yüksək səviyyəli inteqrasiya prosesinin doğru olmadığının dərk edilməsi, bütövlükdə Qərb sivilizasiyasının tənəzzülü mənasını verir. Belə çıxır ki, uzun illərdir dünyanı birləşməyə çağıran geosiyasi məkanın özü, yəni Qərb, parçalanır.

Etiraf etmək lazımdır ki, bu, dövlətlərarası münasibətlərə kifayət qədər güclü təsir göstərə bilər. O cümlədən beynəlxalq münasibətlər sistemi keyfiyyət dəyişikliyinə uğrayar. Bəs analitiklər, yuxarıda vurğulanan kontekstdə dəyişikliklərdən bəhs edərkən, hansı arqumentlər gətirirlər?

D.Trampın prezident seçkilərindəki uğurunu Transatlantik ideyasının məğlubiyyəti kimi təqdim edənlər az deyil. Hətta Amerikanın yeni prezidentinin Asiya və Avropa ölkələri ilə imzalanmış bir sıra sazişləri ləğv edəcəyini deyirlər.

Onun müsəlmanlara və Latın Amerikasından olan miqrantlara da münasibəti sirr deyil. D.Trampın seçkiqabağı platformasında "Meksika ilə sərhəddə divar çəkmək", "öncə Amerikanın maraqlarına baxmaq", "qeyri-leqal miqrantları ölkədən qovmaq" və s. kimi ifadələr geniş yer alırdı. Bunu ekspertlər D.Trampın ABŞ-ı dünya işlərindən bir qədər uzaqlaşdırmaq, təcrid etmək və həmin əsasda da indiyə qədər nəzərdə tutulan dünyanı idarə etmək üçün inteqrasiyaya baş vurmaq xəttindən imtina kimi qiymətləndirirlər. Deməli, məhz bu keyfiyyətdə D.Tramp Qərb siyasi isteblişmentinin ənənəvi xəttinə qarşı çıxır, beynəlxalq münasibətlərə daha çox lokallaşdırıcı, milli dəyər və maraqlara üstünlüyün verildiyi siyasi kursu müdafiə edir.

Bəs Avropada D.Trampın mövqeyinə yaxın ola bilən siyasi qüvvələr mövcuddurmu, yoxsa yeni prezident dünya siyasətində yalnız bir "epizoddur"? Ekspertləri daha çox məsələnin bu tərəfi düşündürür və araşdırmalar maraqlı mənzərəni ortaya qoyur. Noyabrın ortalarında D.Tramp ingilis siyasətçi Nigel Farage ilə görüşüb. O, İngiltərədə Avropa İttifaqı və miqrantlara qarşı olan "Birləşmiş Krallığın müstəqillik partiyası"nın (UKIP) lideridir. Maraqlıdır ki, seçki günündə Amerikada olan N.Farage nəticələr məlum olandan sonra belə bir fikir söyləyib: "Sonunda ölkəmizi sevən və "Brexit" sonrası dəyərlərimizi anlayan bir rəhbərimiz oldu" (bax: İngiltere'yi rahatsız eden görüşme / "Habertürk", 14 noyabr 2016).

Böyük Britaniya KİV-ləri bu hadisəyə geniş yer verib. Ölkənin "The Independent", "Daily Telegraph", "The Guardian", "BBC" kimi KİV orqanları Tramp-Farage görüşünün həyəcan doğuran məqamlarını işıqlandırıblar. Hətta N.Faragenin rəsmi Londonla Tramp arasında körpü rolunu oynaya biləcəyindən bəhs ediblər (bax: əvvəlki mənbəyə). Ekspertlər D.Trampı Böyük Britaniya siyasi dairələrindən məhz ayırıcı, inteqrasiya əleyhdarı olan bir partiyanın liderinin müdafiə etməsini təsadüfi hesab etmirlər. Bu, liderlərin ortaq siyasi baxışlarının olması əlaməti sayılır.

Bölücülər və islamofoblar iş başında: "siyasi xəstələrin" uğurları

Məsələ bununla bitmir. Mütəxəssislər Avropanın digər ölkələrində də antiqloballaşma məzmunda, milli və radikal siyasi xəttə üstünlük verən partiyaların fəallaşmasına diqqət çəkirlər. Avropa İttifaqının bir sıra ölkələrində seçkilərin cəmi 1 ildən sonra keçiriləcəyini nəzərə alsaq, bu məqamın adi hal olmadığına əminlik yaranar (bax: məs., Asıl deprem onlar seçilirse yaşanır! / "Habertürk", 14 noyabr 2016).

Bu kontekstdə daha çox fransalı siyasətçi, ultramillətçi və sağçı Marin Le Penin adı hallandırılır. Fransada 2017-ci ilin mayında olacaq seçkidə iqtidardakı Sosialist Partiyasını sağ bir hökumətin əvəz edəcəyi proqnozlaşdırılır. Le Pen qalib gəlsə, onun antimiqrant və antiAvropa İttifaqı mövqeyi tutacağından bəhs edilir.

Almaniya gələn ilin payızında seçkilər keçirməlidir. Angela Merkelin reytinqi isə getdikcə aşağı düşür. İctimai rəy sorğusunda daha çox yüksələn siyasətçi isə Alternativ Partiya lideri Frauke Petrudur. Bu lider Merkelin miqrantlara açıq qapı siyasətinin kəskin tənqidçisidir. O, cəmi 20000 miqrantı qəbul etmək təklifini verib. Müsəlmanların çarşab geyinməsini qadağan etmək fikrindədir.

Hətta F.Petru alman sərhədçilərinə miqrantlara atəş açmaq səlahiyyətinin verilməsindən danışır. Daha geniş kontekstdə İslamın Almaniya mədəniyyəti ilə uyğun gəlmədiyini müdafiə edir. Düşündürücüdür ki, belə radikal mövqeyi olan liderin partiyası reytinqdə 3-cü sıraya yüksəlib. Bu, alman cəmiyyətinin əhval-ruhiyyəsinin radikallaşması əlaməti sayıla bilər ki, əsl təhlükə də bundan ibarətdir.

Hollandiyada sağçı Azadlıq partiyasının rəhbəri olan Gert Vilders almaniyalı həmkarından geridə qalmır. Onun partiyası indidən Liberal partiya ilə təqribən eyni reytinqə malikdir. Seçkilər isə 2017-ci ilin martında olmalıdır. Bu həmin G.Vildersdir ki, 2009-cu ildə Hitlerin "Mənim mübarizəm" kitabı ilə Qurani-Kərimi müqayisə etmişdi. İslama qarşı olanlardan biri kimi tanınır. Həmin keyfiyyətinə görə onun İngiltərəyə girişi qadağan olunub. Onun siyasi platformasında seçicilərə ölkəni müsəlmanlardan təmizləmək vədi xüsusi yer tutur.

İtaliyada isə məzhəkəçi C.Grillonun 2009-cu ildə etirazçı "Beş ulduz" hərəkatının populyarlığı getdikcə daha da artır. O, antimüsəlman mövqeli komik siyasətçi olaraq tanınır. Hətta Londonun merinin müsəlman seçilməsini belə ciddi tənqid edir. O, bu müsəlmanın nə vaxtsa, Londonun mərkəzi meydanını partladaraq şəhid olacağından bəhs edir. Bunu ekspertlər C.Grillonun bütün müsəlmanlara skeptik mövqeyindən yanaşması kimi qiymətləndirirlər. C.Grillo həm də xeyli dərəcədə avroskeptikdir. O, Avropada inteqrasiyanı qəbul etmir.

Avstriyalı ifrat sağçı Norbert Hofer daha radikal düşünür. O, Azadlıq partiyasının lideridir. Əsas şüarı "öncə Avstriya"dır. Avropa İttifaqına qarşıdır. Miqrantları qəbul etmir, Avstriyada İslamı görmək fikrində deyil.

Norveç İnkişaf Partiyasının başçısı Siv Jensen gələn il keçiriləcək seçkilərdə uğur qazanmaq niyyətindədir. O, iqtisadiyyat naziridir. Avropada İslamın qarşısının alınmasından danışır. İqlim dəyişikliyinə inanmır və miqrantları qovmağı təklif edir.

Çexiyanın ikinci varlı adamı sayılan Andrej Babis 2011-ci ildə "ANO" partiyasını qurub. 2014-cü ildən Çexiyanın maliyyə naziridir. O, "siyasi xəstəliklərə" qarşı mübarizə edəcəyini vəd edib. Onun Trampla bir çox ortaq baxışlarının olduğunu deyirlər. O cümlədən qloballaşma və miqrant məsələsində həmfikirdirlər. A.Babisin növbəti seçkidə (2017-ci il oktyabr ayı) uğur əldə etməsi ehtimalı var. Xüsusilə D.Trampın seçilməsinin buna təsiri olacağını düşünürlər.

Nəhayət, bir zamanlar insanlığa qarşı zor işlətməkdə günahlandırılan, ancaq yaxasını qurtara bilən serb Vojislav Seselj indi Serbiya Radikal partiyasının başçısıdır. Onun parlamentdə 22 yeri var. Avropa İttifaqına qarşıdır. Rusiyaya meyilliliyi ilə seçilir. Onun "Tramp qloballaşmaya qarşı bir alternativdir" tezisini ekspertlər təsadüfi hesab etmirlər (bax: əvvəlki mənbəyə).

Beləliklə, birincisi, D.Trampın Amerikada seçkidə qalib gəlməsi təsadüfi deyil. Bu, bütövlükdə Qərb siyasi düşüncəsindəki dəyişikliklərlə bağlıdır. Cəmiyyət də belə dəyişikliyi qəbul edən qüvvə təsiri bağışlayır. Yəni söhbət Avropada siyasi mühitdə davamlı radikallaşma prosesindən gedə bilər. İkincisi, Avropa İttifaqına daxil olan ölkələrdə qloballaşma və inteqrasiya əleyhdarları getdikcə daha çox siyasi uğur əldə edirlər. Bu isə doğrudan da, dünya miqyasında köklü geosiyasi dəyişikliklərə aparıb çıxara bilər. Bundan kimlərin, bəşəriyyətinmi, yoxsa müəyyən qrup dairələrin faydalanacağını isə zaman göstərəcək.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yaylmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB VİDEO

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib