CƏMİYYƏT


Qobustanda əcnəbi narkotacirə kuryerlik edən şəxslərdən külli miqdarda heroin götürülüb

Bakı, 11 may, AZƏRTAC

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitələri qəbul edib, onlayn yolla əvvəlcədən deyilən ünvanlara qoymaqla satışını təşkil edənlər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Bakı şəhər sakini Məmmədiyyə Alxazov və Cəlilabad rayon sakini Ramal Əliyev saxlanılıb. Onların üzərilərinə keçirilən baxış zamanı həmin şəxslərdən 2 kiloqram 170 qram narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.

Araşdırmalar zamanı müəyyənləşdirilib ki, saxlanılan şəxslər xarici ölkədə yaşayan və qaçaqmalçılıq yolu ilə Azərbaycana narkotik maddələr göndərən narkotacirlə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq onun təklifi əsasında narkokuryerliyə cəlb olunublar. M.Alxazov və R.Əliyev həmin şəxsin göndərdiyi narkotik vasitələrin ölkə ərazisində satışını təşkil ediblər. Sonuncu dəfə isə Qobustan şəhəri ərazisində bu əməllərini reallaşdırmaq istəyərkən polis əməkdaşları tərəfindən iş başında yaxalanıblar.

Faktla bağlı cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məhkəmənin də qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.