İDMAN


Qusarda fudokan üzrə açıq respublika turnirinin qalibləri müəyyənləşib

Bakı, 28 iyul, AZƏRTAC

Qusarda şəhidlərin xatirəsinə həsr edilmiş fudokan idman növü üzrə açıq respublika turniri keçirilib.

AZƏRTAC xəbər verir ki, turnirin təntənəli açılış mərasimindən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə şəhid ailələri, qazilər, dövlət rəsmiləri və bir sıra şəxslər fəxri qonaq qismində iştirak ediblər.

Dünya Fudokan Federasiyasının Azərbaycanda rəsmi və səlahiyyətli nümayəndəsi Vüsal Abdullazadə, fudokan üzrə rəsmi nümayəndəliyin vitse-prezidenti Aqil Gözəlov, təşkilatçılar, rayon rəsmiləri, şəhid ailələrinin üzvləri, qazilər, Birinci və İkinci Qarabağ müharibələri veteranları çıxış edərək yarışın məqsədi, əhəmiyyəti haqqında məlumat verib, şəhid ailələrinin və qazilərin daim ölkə rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd ediblər. Həmçinin vurğulanıb ki, bu cür turnirlərin keçirilməsi gənclərimizdə vətənpərvərlik ruhunun aşılanması və şəhidlərimizin əziz xatirəsinin onların yaddaşlarına ömürlük həkk edilməsi məqsədi daşıyır.

Turnirdə Bakı, Sumqayıt Qusar, Xaçmaz, İsmayıllı və Gəncə şəhərindən olan komandalar iştirak ediblər. Yarışda uşaqlar, yeniyetmələr və gənclər arasından 200-ə yaxın idmançı mübarizə aparıb. Komanda hesabında Fudokan Mərkəzinin idmançıları birinci yerə layiq görülüblər. Qubadlı komandası ikinci və Qusar rayon yığması üçüncü olublar.

Turnir Dünya Fudokan Federasiyasının Azərbaycanda rəsmi və səlahiyyətli nümayəndəliyi, Qusar Rayon Gənclər və İdman İdarəsi, Qusar Rayon Olimpiya İdman Kompleksi, Dövlət Turizm Agentliyi və Şahdağ Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.