QAN YADDAŞI


“Reza - günümüzün şahidi, Azərbaycanla bağlı xatirələr” adlı vebinar keçirilib

Bakı, 21 yanvar, AZƏRTAC

Fransada fəaliyyət göstərən “Alim” Elmi Assosiasiyası və Fransa–Azərbaycan Dialoq Assosiasiyasının təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş vebinar keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, “Reza - günümüzün şahidi, Azərbaycanla bağlı xatirələr” mövzusunda təşkil edilmiş vebinarda azərbaycanlı icmasının və fransız ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan əsilli fransız fotoqraf Reza Deqati 20 Yanvar hadisələri zamanı Bakıda olduğunu və Azərbaycan paytaxtında gördüklərini fotokamerasının lentinə köçürdüyünü bildirib. Bir neçə gün sonra Fransaya qayıdan soydaşımız həmin şəkilləri xarici KİV-lər vasitəsilə yayaraq Bakıda törədilən dəhşətli hadisələri dünya ictimaiyyətinə çatdırıb. Fotoqraf təqdim etdiyi hər bir şəklin, eləcə də Birinci və İkinci Qarabağ müharibələrində çəkdiyi fotoşəkillərin tarixçəsini danışıb.

Tədbir “Facebook” üzərindən canlı yayımlanıb və minlərlə istifadəçi tərəfindən izlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.