İDMAN
Roberto Bordin: Kifayət qədər yaxşı oyun nümayiş etdirdik
Bakı, 23 sentyabr, Nicat Məmmədov, AZƏRTAC
“Bu gün ciddi müqavimət göstərən, qalib gəlmək istəyən rəqiblə qarşılaşdıq. “Zirə” ilə qarşılaşmada kifayət qədər yaxşı oyun nümayiş etdirdik”.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Neftçi” klubunun baş məşqçisi Roberto Bordin Topaz Premyer Liqasında “Zirə” klubu ilə matç sonrası mətbuat konfransında deyib. İtaliyalı mütəxəssis komandamızın yaxşı oyun göstərdiyini deyib: “Rəqib komandanın baş məşqçisi ilə mübahisə qarşılıqlı anlaşılmazlıq nəticəsində yarandı. Düşünürəm ki, bu hərəkət komandaların xeyrinə olmadı. Komandamdan hər hansı futbolçu milliyə dəvət alırsa, bu məni sevindirir. Mirabdulla Abbasov yaxşı məşq edir, yaxşı oyunçudur. Ümumiyyətlə, məşqlər ərzində özlərini ən yaxşı tərəfdən göstərən futbolçular oynamaq şansı qazanır. Sevindirici haldır ki, kifayət qədər ehtiyat futbolçumuz var”.