İDMAN


Ross Braun: Formula 1 mövsümünün Avropada başlaması daha münasibdir

Bakı, 9 aprel, AZƏRTAC

Formula 1 üzrə dünya çempionatının yeni mövsümü Avropada başlaya bilər.

AZƏRTAC xəbər verir ki, bu sözləri yarışın idman direktoru Ross Braun “Sky Sport”a açıqlamasında deyib.

“Mövsümə tezliklə başlamaq istəyirik. Mövsümün Avropada başlaması daha münasibdir. İlk Qran-pri azarkeşsiz keçiriləcək. Plana əsasən, biz qapalı məkan yaradacağıq, komandalar çarter reysləri ilə gələcək. Biz onları avtodromlaradək ötürərək, testlər keçirə bilərik. Əmin olmalıyıq ki, heç kim risk etməyəcək”, - deyə R.Braun əlavə edib.

Bildirib ki, yürüşlərin azarkeşsiz keçirilməsi ideal variant deyil. Ən azından bu yaxşıdır. Milyonlarla insan idman yarışlarını evindən izləyir. Yarışların keçirilməsi onlar üçün belə çətin dövrdə böyük bonus olacaq. Digər tərəfdən, əmin olmalıyıq ki, mövsümə başladıqdan sonra yenidən dayandırmalı olmayacağıq. Bu, ən pis variant olardı.

Qeyd edək ki, koronavirus pandemiyasına görə Avstraliya və Monako Qran-Priləri ləğv olunub. Bəhreyn, Vyetnam, Çin, Hollandiya, İspaniya, Azərbaycan və Kanada Qran-priləri təxirə salınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.