ELM VƏ TƏHSİL


Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi Xaçmazda məktəblilər üçün aksiya keçirib

Bakı, 10 sentyabr, AZƏRTAC

Xaçmaz şəhərindəki Heydər Əliyev Mərkəzində “Uşaqlara məktəbə hazırlaşmağa kömək et” aksiyası keçirilib, burada gələcək birinci sinif şagirdlərinə məktəb ləvazimatları və çantalar hədiyyə edilib.

RİMM-dən AZƏRTAC-a bildiriblər ki, bu aksiya Azərbaycanın Rus İcmasının, Xaçmaz Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Bakıdakı Rus Evi (RİMM) Azərbaycan tərəfindən təşkil edilib.

Şagirdləri Xaçmaz Şəhər İcra Hakimiyyəti başçısının müavini Günel Nurəddinova, Milli Məclisin deputatı, Azərbaycanın Rus İcmasının sədri Mixail Zabelin, Bakıdakı Rus Evinin nümayəndəsi Dmitri Yeqorov, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Şəmsəddin Xanbabayev təbrik ediblər.

Hədiyyələr təqdim edildikdən sonra, Xaçmaz şəhər 8 nömrəli məktəb-liseyin birinci sinif şagirdlərinin və 5-6-cı sinif şagirdlərinin iştirak etdiyi bayram konserti keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.