İDMAN
Rüstəm Orucov: Əsas odur ki, medalsız qalmadım
Bakı, 11 may, Leyla Qurbanova, AZƏRTAC
Yarımfinala qədər maneəsiz irəliləsəm də, öz idmançımıza məğlub oldum. O da qalib adını qazandı. Öz idmançılarımızla güləşə bilmirəm. Döyüş istədiyim kimi alınmır. Əsas odur ki, medalsız qalmadım.
Bunu AZƏRTAC-a müsahibəsində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan "Böyük dəbilqə" beynəlxalq turnirində bürünc medal qazanan Rüstəm Orucov (73 kq) deyib.
Cüdo üzrə ötən Olimpiya oyunlarının mükafatçısı qeyd edib ki, hazırlığını davam etdirəcək: "Bu il Tokio Yay Olimpiya Oyunlarına əsas hazırlıq illərindən biridir. Hazırlığımı davam etdirib yeni nailiyyətlər qazanmağa çalışacağam. Qarşıda bizi ikinci Avropa Oyunları gözləyir. Məqsədim bu oyunlarda qalib olmaqdır".
İdmançı onu da qeyd edib ki, çəkisini dəyişmək niyyəti yoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:34]
Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
- 26.04.2024 [15:13]
"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq
- 26.04.2024 [14:42]
Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb
- 26.04.2024 [14:26]
Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur
- 26.04.2024 [14:02]
Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm
- 26.04.2024 [13:39]
AFFA Premyer Liqanın 6 klubunu cərimələyib
- 26.04.2024 [13:23]