İDMAN
SAMBOÇULARIMIZ AVROPA ÇEMPİONATINDA 4 MEDAL QAZANMIŞLAR
AZƏRTAC xəbər verir ki, ölkəmizin sambo üzrə yığma komandası Serbiya və Çernoqoriyanın paytaxtı Belqradda keçirilmiş Avropa çempionatını uğurla başa vurmuşdur.
Baş məşqçi Mübariz İbrahimovun rəhbərlik etdiyi səkkiz samboçudan ibarət yığmamız qitə çempionatında 4 medal qazanmışdır.
Komandamızın heyətində ən yüksək nəticəni isə gənclər arasında qitə birinciliyinin qalibi və dünya çempionatının gümüş mükafatçısı İslam Qasımov (52 kq) göstərmişdir. O, bütün rəqiblərinə qalib gələrək, Avropa çempionu olmuşdur. Yığma komandamızın üzvləri Elçin Mayılov (57 kq) və Hakim Nəzərəliyev (62 kq) yarışın gümüş medalına layiq görülmüşlər. Ağır çəkidə ölkəmizi təmsil edən Vasif Səfərbəyov (100 kq-dan yuxarı) isə çempionatı üçüncü yerdə başa vurmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [14:43]
“Böyük Dəbilqə”: Azərbaycanın 4 cüdoçusu medal görüşünə çıxacaq
- 10.05.2024 [13:13]
Bakıda qızıl medal qazanan koreyalı atıcı yeni dünya rekorduna imza atıb
- 10.05.2024 [12:54]
Arif Əsədov: “Şamaxı”nın Premyer Liqaya vəsiqə qazanmaması uğursuzluq olar
- 10.05.2024 [11:45]
Toğrul Əsgərov: Azərbaycan dünya idman tarixinə öz imzasını atmağı bacarıb
- 10.05.2024 [11:11]
Azərbaycan Premyer Liqası: Mərkəzi oyun FIFA referisinə tapşırılıb
- 10.05.2024 [11:04]
Azərbaycanın qadın güləşçiləri lisenziya turnirində mübarizəyə başlayırlar
- 10.05.2024 [10:33]