SIĞORTA ŞİRKƏTİ GORANBOYDA FİLİALINI AÇMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, “Abşeron” sığorta şirkəti Goranboyda filialını açmışdır ki, bu da rayon sakinlərinin razılığına səbəb olmuşdur. Qısa vaxt ərzində yüzlərlə fiziki və hüquqi şəxs şirkətdə öz əmlakını sığorta etdirərək, baş verə biləcək hər hansı fəlakətlə bağlı təminat almışdır.