Azərbaycan Dövlət İnformasiya Agentliyi

SUMQAYIT TARİX MUZEYİ ƏSASLI TƏMİRDƏN SONRA YENİDƏN AÇILMIŞDIR

Sumqayıt, 20 may (AZƏRTAC). Sumqayıt Tarix Muzeyi əsaslı təmirdən sonra yenidən açılmışdır.

Sumqayıt İcra hakimiyyətinin başçısı Vaqif Əliyev təntənəli mərasimi açaraq demişdir: “Bu gün Sumqayıtın mədəni həyatında əlamətdar gündür. Şəhərin tarix muzeyi 3 illik təmirdən sonra yenidən açılır”. Şəhərin digər mədəni obyektləri kimi, bu muzey də yeniləşmiş, yeni məzmun kəsb etmişdir. V.Əliyev vurğulamışdır ki, ümummilli lider Heydər Əliyevin Sumqayıta son səfəri zamanı keçirilən müşavirədə ulu öndərin verdiyi tövsiyələri rəhbər tutaraq genişmiqyaslı işlər görülmüşdür. Sumqayıtın mədəniyyət müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, yeni obyektlər tikilir. Bütün bunlar şəhərin mədəni həyatını xeyli fəallaşdırmağa imkan vermişdir.

V.Əliyev bildirmişdir ki, bu, dövlətimizin başçısı İlham Əliyevin Sumqayıtda mədəniyyət sahəsinin inkişafına xüsusi diqqət və qayğısının nəticəsidir.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də sumqayıtlıların sevincini bölüşərək bildirmişdir ki, Sumqayıt Tarix Muzeyi əsaslı təmirdən sonra məhz Beynəlxalq Muzeylər Günündə yenidən qapılarını açmışdır. Nazir demişdir: “Mədəniyyət sahəsinin elə bir istiqaməti yoxdur ki, Azərbaycan Prezidenti İlham Əliyevin diqqətindən kənarda qalsın. Son illər ölkənin kinoteatrları, teatr, kitabxana, klub və sarayları, rəsm qalereyaları yenidən qurulmuşdur. Onların arasında muzeylər də vardır. Sumqayıtda da müsbət dəyişikliklər göz qabağındadır. Hər dəfə şəhərə gələndə burada yeni abadlıq və quruculuq işlərinin şahidi oluram”.

Təntənəli mərasimdə Sumqayıtla qardaşlaşmış Aktau şəhərinin (Qazaxıstan) hakimi Ospan Kazaxbayevin rəhbərliyi ilə nümayəndə heyəti də iştirak etmişdir.

Sonra qonaqlar Sumqayıt Tarix Muzeyi ilə tanış olmuşlar. Muzeyin direktoru, respublikanın Əməkdar Mədəniyyət İşçisi Olya İslamova mədəniyyət ocağının yenidən qurulmasında fəal iştiraka görə ölkənin rəhbərliyinə minnətdarlığını bildirərək qonaqları muzeylə tanış etmişdir. Tanışlıq Sumqayıt əfsanəsindən başlanmışdır. Soltan Hacıbəyovun “Karvan” simfonik süitasının müşayiəti ilə Sumqayıt əfsanəsinin nəqli fonunda xüsusi effektlərlə şəkillər nümayiş etdirilmişdir. Muzeyin etnoqrafiya bölməsi də burada yerləşir.

“Heydər Əliyev və Sumqayıt” ekspozisiyasının yerləşdiyi zal xüsusi maraq doğurur. Nümayiş etdirilən faktoloji və tədqiqat materiallarını nəzərdən keçirdikcə demək olar ki, Sumqayıt ümummilli liderin tükənməz fəaliyyətinin abidəsidir. Ekspozisiyanın mərkəzində, Azərbaycanın xəritəsinin fonunda dahi lider Heydər Əliyevin qorelyefi qoyulmuşdur.

Şəhərin işıq mənbəyi olan istilik elektrik stansiyasının rəmzi - “Həyat şəcərəsi” diqqəti cəlb edir. Heykəltəraşlıq əsərini muzeyin tərtibatının müəllifi İlqar Əliyev yaratmışdır. Metaldan və gipsdən hazırlanmış abidə zərlə örtülmüşdür. Burada şəhərin təməlini qoyanların yaşadıqları ilk barakların və digər obyektlərin maketləri quraşdırılmışdır.

İkinci mərtəbədə Sumqayıtın yaranması və inkişafından bəhs edən eksponatlar yer almışdır. Ayrıca zalda şəhərin şəhid olmuş sakinləri barədə məlumatlar təqdim olunur. Zalın mərkəzində “Axan ulduzlar” heykəlinin modeli yerləşdirilmişdir. Bu, şəhərin baş rəssamı Vaqif Nəzirovun işidir.

Təmirdən sonra ümumi sahəsi 2500 kvadratmetrə çatan muzeyin 1967-ci ilin martında yaradılmış fondu təxminən 15 min eksponatdan ibarətdir. Burada beynəlxalq standartlara cavab verən konfrans zalı, 165 yerlik akt zalı vardır.

Muzeydə yaradılmış şəraiti yüksək qiymətləndirən nazir Ə.Qarayev demişdir: “Bura zona müşavirələrinin və elmi konfransların keçirilməsi üçün yaxşı bazadır”.

Əsaslı təmirdən sonra muzey binasının fasadı da dəyişmişdir. Ətraf ərazidə park salınmış, fəvvarə quraşdırılmışdır.

Həmin gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bülbül adına 2 nömrəli incəsənət məktəbində olmuşdur. Məktəbdə 700-dən çox şagird təhsil alır. Məktəbin ikimərtəbəli binası 1980-ci illərdə xüsusi layihəyə əsasən tikilmişdir. Şəhərin icra hakimiyyəti məktəbin birinci mərtəbəsini təmir etmiş, mini-qazanxana tikdirmişdir. Nazir konsert salonunun, xoreoqrafiya zalının, rəssamlıq studiyasının təmiri üçün vəsait ayrılacağını vəd etmişdir.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hindistanda “Murasu” siklonu ilə əlaqədar 30 min nəfərin təxliyəsi planlaşdırılır

FHN: Ötən həftə ərzində 143 yanğına çıxış olub, 2 nəfərin meyiti təhvil verilib VİDEO

FHN: Ötən həftə ərzində 143 yanğına çıxış olub, 2 nəfərin meyiti təhvil verilib VİDEO

İliana Yotova Bolqarıstanda prezident seçkilərində qalib gəlib

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ Rusiya qazının Ukrayna vasitəsilə Avropaya nəqlinin bərpasını təklif edir

Bakıda 13 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Səudiyyə Ərəbistanı sahillərində tankerə naməlum sursatlar dəyib

İspaniyada qatar qəzasında ölənlərin 12-si əcnəbi vətəndaşlardır

Tramp: ABŞ Rusiya və Çinlə bağlı kəşfiyyat məlumatları toplayır

ABŞ İsraildəki bazalara 40-dan çox yanacaqdoldurma təyyarəsi yerləşdirib

Maks Verstappen Meksika Qran-Prisinin qalibi olub

Almaniya yeni döyüş helikopterlərinin alınmasında problemlərlə üzləşib

Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir

Tramp: Demokratlar seçkilərdə qalib gələrsə, veto hüququndan istifadə edəcəyəm

Şimali Koreya nüvə potensialını gücləndirməyə davam edəcək

“Axios”: Tramp Konqres seçkilərindən dərhal sonra İrana hücum etməyi planlaşdırmır

ABŞ-də təyyarə qəzasında 9 nəfər həlak olub YENİLƏNİB

Hörmüz boğazında iki tanker minaya düşüb

İran: ABŞ ilə mümkün yeni münaqişə əvvəlkindən daha uzun çəkə bilər

Suriyada neft emalı zavoduna planlaşdırılan terror hücumunun qarşısı alınıb

Konor Makqreqor UFC-dəki növbəti döyüşünün sonuncu olacağını açıqlayıb

“Arsenal” “Liverpul”u məğlub edərək Premyer Liqanın lideri olub

Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib

Ağstafada iki yeniyetməni avtomobil vurub

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO

AZƏRTAC-ın xüsusi müxbiri “24news” internet televiziyasında Azərbaycan-Gürcüstan əlaqələrindən danışıb

Qazaxıstanda dünya çempionatının son günü: Azərbaycan güləşçilərinin nəticələri

“Makron diktaturası” müzakirələri: Tənqidçilər ölkədə avtoritar meyillərin gücləndiyini bildirirlər

“Dakar-2026”: Azərbaycan cüdoçusu qızıl medal qazanıb

Şahmat üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatına yekun vurulub

Frantişkovı Laznedə tarixi kurort binasının döşəməsində akvarium quraşdırılıb

Fransada etirazlar Makron hakimiyyətinə qarşı siyasi qarşıdurmanı dərinləşdirir: müxalifət prezidentdən məsuliyyət tələb edir

Bu saata olan əsas xəbərlər

Xetaq Qazyumov: Dünya çempionatındakı nəticəyə görə məsuliyyəti öz üzərimə götürürəm

Geridə qalan həftə Gürcüstanın həyatında nələr baş verib?

Lənkəran Dövlət Dram Teatrında “Nəfəsim Vətən” tamaşasının premyerası olub

Premyer Liqa: “Neftçi” və “Kəpəz”dən qələbə

“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub

Moskvada Tsaritsino parkında terror aktı törətməklə hədələyən yeniyetmə saxlanılıb

Fransada demokratiya və insan hüquqları nə dərəcədə qorunur? VİDEO

Fransada demokratiya və insan hüquqları nə dərəcədə qorunur? VİDEO

Ali Tsokayev: Bürünc medal qazanmaqdan daha çox qızılı əldən verməyimi düşünürəm

Azərbaycanın özəl sektorunun təmsilçiləri İstanbulda COMCEC çərçivəsində sammitdə iştirak edirlər

ABŞ-də futbol matçından sonra silahlı hücum: bir nəfər ölüb, 8 nəfər yaralanıb

Azərbaycan güləşçisi Qazaxıstandakı dünya çempionatında bürünc medal qazanıb

OPEC+ ölkələri hasilat səviyyəsinin saxlanılması barədə qərar qəbul ediblər

Azərbaycan güləşçisi İslam Bazarqanov dünya çempionatını beşinci pillədə başa vurub

Azərbaycan güləşçisi Qazaxıstandakı dünya çempionatında bürünc medalı əldən verib

Avropadakı sosial böhran fonunda Almaniyada gənclərin etirazı:“Gen Z regelt” aksiyaları nədən xəbər verir?

Başqalarına demokratiya dərsi keçən Avropada nələr baş verir? VİDEO

Başqalarına demokratiya dərsi keçən Avropada nələr baş verir? VİDEO

Azərbaycan güləşçisi Qazaxıstandakı dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq YENİLƏNİB

Kimya İnstitutu NASCO29-da təmsil olunub

Milli Kitabxanada “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Media: Fransada toqquşmalarda 60 nümayişçi və onlarla polis yaralanıb

Bakıda “Baku Women’s Cancer Forum” beynəlxalq elmi forumu keçirilib

Lefkoşa Kipr yunanlarına qaz və içməli su tədarük etməyə hazır olduğunu bildirib

Avropada dərinləşən böhran - TƏHLİL

Türkiyədə 19 yeni vilayətin yaradılması təklif olunur

Media və Yayım Şurası bəyanat yayıb

“Qələbə qaçışı” 2000-dən çox insanı bir araya gətirib

Azərbaycanlı professor Türkiyə universitetinin rektorluğuna namizədliyini irəli sürüb

Şervin Nəcəfpur: Norveçi Odlar diyarı, Azərbaycanı isə vikinqlərin ölkəsi ilə tanış etmək istəyirəm MÜSAHİBƏ

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda yanğın və xilasetmə üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı keçiriləcək

Fərid Qayıbov: “Qələbə qaçışı”nda iştirakçıların sayı ildən-ilə artır

Sürücünün sükan arxasında yuxulaması qəza ilə nəticələndi

Salyanda qəza zamanı yük maşını iki yerə ayrılıb, ölənlər var - FOTO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 1 noyabr

Prezident: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Zati-aliləri cənab Abdelmacid Tebbuna

Anna Yusubova: “Qələbə qaçışı” xalqımızın ruhunu yüksəldir

“Qələbə qaçışı”nın qalibi: Bu tədbir bizim üçün xüsusi məna daşıyır

Şimali Koreya taktiki ballistik raketlərə quraşdırıla bilən kasetli bombaları sınaqdan keçirib

Azərbaycançılıq ideyası xalqımızı birləşdirən ən mühüm milli dəyərdir - ŞƏRH

Böyük Qayıdışın növbəti ünvanlarından biri Eyvazxanbəyli kəndi olacaq VİDEO

Böyük Qayıdışın növbəti ünvanlarından biri Eyvazxanbəyli kəndi olacaq VİDEO

Bakıda VI “Qələbə qaçışı”na start verilib VİDEO

Bakıda VI “Qələbə qaçışı”na start verilib VİDEO

Dövlət Kukla teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

Bu gün Kənd Təsərrüfatı İşçiləri Günüdür: Uğurlar, çağırışlar və gələcəyə baxış

Paytaxtın Nizami rayonunda yanğın olub VİDEO

Paytaxtın Nizami rayonunda yanğın olub VİDEO

Azərbaycan Premyer Liqası: “Şamaxı” “Neftçi”ni, “Kəpəz” “İmişli”ni qəbul edəcək

Bakıdan Tbilisiyə ilk əlavə reys 100 faiz doluluqla yola düşüb VİDEO

Bakıdan Tbilisiyə ilk əlavə reys 100 faiz doluluqla yola düşüb VİDEO

Şəkidə minik avtomobili dərəyə aşıb: 1 nəfər ölüb, 3 nəfər yaralanıb VİDEO

Şəkidə minik avtomobili dərəyə aşıb: 1 nəfər ölüb, 3 nəfər yaralanıb VİDEO

Ebola virusu yayılan ölkələrin sayı artır

Tramp: ABŞ İrandakı bir neçə obyektlə məşğul olmalıdır

Almaniyadakı kütləvi aksiyaların iqtisadi və siyasi səbəbləri var – TƏHLİL

Möhsün Rzayi: İran ABŞ-yə inanmır

Albaniyada polislərlə etirazçılar arasında yenidən toqquşmalar olub

Donald Tramp ABŞ-ni Avropadakı iğtişaşlarla bağlı "oyanmağa" çağırıb

Almaniyada qarşıdurmalar baş verib, yaralananlar və saxlanılanlar var – YENİLƏNİB VİDEO

Almaniyada qarşıdurmalar baş verib, yaralananlar və saxlanılanlar var – YENİLƏNİB VİDEO

Niyə “O”? – Rəssamla görüş

İranda zəlzələ olub

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi olub

Böyük Britaniyanın Baş naziri kölə ticarətinə görə üzr istənilməsini istisna etməyib

Fransada saxlanılan nümayişçilərin sayı 511-ə çatıb – YENİLƏNİB 2

“Bavariya” – “Borussiya Dortmund” qarşılaşmasında qalib müəyyənləşməyib

Azərbaycanın cüdo millisi U-23 Avropa çempionatında komanda hesabında birinci olub

Dakar-2026: Cüdoçumuzun ilk rəqibi müəyyənləşib

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Dakar-2026: Üzgüçümüzün çıxış edəcəyi 800 metr məsafəyə yarış ləğv olunub