Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

“Sağlamlıq üçün həmrəylik təşəbbüsü” layihəsinin yekun nəticələri təqdim edilib

Bakı, 20 iyun, Göyçək Mahmudlu, AZƏRTAC

İyunun 20-də Avropa İttifaqının (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə layihəsi olan “Sağlamlıq üçün həmrəylik təşəbbüsü”nün yekun nəticələri təqdim edilib. 2020-ci ilin aprel ayından etibarən iki ildən artıq bir müddətdə həyata keçirilmiş COVID-19 pandemiyası ilə mübarizəyə dəstək layihəsi Aİ və ÜST-nin Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir. Layihə gələcəkdə baş verə biləcək pandemiyalara qarşı dayanıqlı cavab potensialının formalaşdırılmasına yardım göstərilməsini hədəfləyir.

AZƏRTAC xəbər verir ki, layihənin bağlanış mərasimində səhiyyə nazirinin müavini Nadir Zeynalov, ÜST-nin Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Hande Harmancı, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyəti sədrinin müşaviri Firəngiz Əliyeva, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin siyasi məsələlər üzrə müşaviri Çertomir Fisinger, habelə beynəlxalq və yerli tərəfdaşlar, layihə benefisiarları və tibb işçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancının sözlərinə görə, layihə altı Şərq Tərəfdaşlığı ölkəsində - Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Belarus və Ermənistanda həyata keçirilib: “Bu gün Azərbaycanda layihənin yekun nəticələrinin təqdim edilməsi mərasimidir. Digər ölkələrdə də yavaş-yavaş yekunlaşmaq üzrədir. Layihə üç fazada həyata keçirildi. Birinci faza avadanlıqların satınalınması, ikinci faza tibb işçiləri üçün təlimlərin keçirilməsi və onların bilik və bacarıqların artırılması, üçüncü faza isə sistemlərin qalıcı olması idi. Belə ki, qurulan sistemlər vasitəsilə ölkənin səhiyyə sisteminin növbəti pandemiyalara hazır olması üçün əlimizdən gələni etməyə çalışdıq. Layihə çərçivəsində əhalinin maarifləndirilməsi də bizim üçün çox önəmli idi. Ümumilikdə, son dərəcə səmərəli və yararlı bir layihə oldu”.

“ÜST olaraq Azərbaycanın səhiyyə sisteminə hər zaman dəstək olmağa hazırıq. Bu, son layihə deyil. Avropa İttifaqı ilə birlikdə layihələrimiz davam edir”, - deyə H.Harmancı qeyd edib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin siyasi məsələlər üzrə müşaviri Çertomir Fisinger bildirib ki, layihə COVID-19 pandemiyasının alovlanmasına cavab olaraq başladı və ən həssas insanların tibbi ehtiyaclarını ödəməyə yönəldi: “Pandemiya hər kəsə təsir etdi və beynəlxalq əməkdaşlığın nə qədər vacib olduğunu göstərdi. Qlobal əməkdaşlıq koronavirus pandemiyasının qarşısının alınmasında rol oynadı. Aİ ÜST-lə birlikdə Şərq Tərəfdaşlığı ölkələrinə pandemiyanın nəticələrinin qarşısını almaq üçün yardım məqsədilə iki regional layihə həyata keçirdi. Biri “Sağlamlıq üçün həmrəylik təşəbbüsü”, digəri “COVID-19 vaksini və peyvəndləşmə prosesinə hazırlıq” layihələridir. Bu gün “Sağlamlıq üçün həmrəylik təşəbbüsü” layihəsinin bağlanış mərasimidir. Daha dözümlü səhiyyə sistemlərinin qurulmasına yönələn layihənin müsbət nəticələrinə görə şadıq”.

Səhiyyə nazirinin müavini Nadir Zeynalov kifayət qədər tez planlaşdırma və maliyyələşmə sayəsində layihənin qısa müddətdə başladığını və pandemiya ilə mübarizədə əhəmiyyətli rol oynadığını deyib. Layihənin adının təsadüfi olmadığını deyən nazir müavini pandemiyaya qalib gəlmək üçün həmrəyliyin vacibliyindən söz açıb.

“Sağlamlıq üçün həmrəylik təşəbbüsü” layihəsi milli səhiyyənin COVID-lə mübarizədə apardığı işlərə dəstək verib. Layihə çərçivəsində avadanlıq və tibbi ləvazimatlar ölkəyə gətirilib. Bundan başqa, xəstələrin izlənilməsi və epidemioloji təhlilin aparılması üçün lazım olan elektron vasitələr təqdim olunub. Layihənin çox vacib və dayanıqlı nəticə verən hissəsi təlimlərin təşkil olunmasıdır. Tibb işçiləri, tibb tələbələri üçün aparılan silsilə təlimlər onların COVID-lə bağlı olan bilik və bacarıqlarını artırıb. Layihənin verdiyi töhfələri Səhiyyə Nazirliyi olaraq yüksək qiymətləndiririk. Onun həyata keçirilməsində əziyyəti keçən hər kəsə minnətdarıq”, - deyə N.Zeynalov qeyd edib.

TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri Firəngiz Əliyeva layihə çərçivəsində müharibənin təsirinə məruz qalmış bir neçə rayonda əhaliyə tibbi xidmətlər göstərildiyini, həmin ərazilərdəki xəstəxanaların tibbi ləvazimatlarla təchiz edildiyini bildirib.

“Azərbaycanın ən böyük uğuru pandemiyaya tək səhiyyə sahəsinin deyil, ölkənin problemi kimi yanaşması və bütün qurumların koordinasiyalı şəkildə işləməsi oldu. Bununla yanaşı, beynəlxalq qurumların bizimlə olması sevindirici idi”, - deyə F.Əliyeva vurğulayıb.

Daha sonra layihə haqqında videoçarxlar nümayiş etdirilib və yekunları ilə bağlı hesabat təqdim olunub.

Layihə rəhbəri Tural Qulu “Sağlamlıq üçün həmrəylik təşəbbüsü”nün həyata keçirildiyi dövr ərzində əldə edilmiş nailiyyətlərdən bəhs edən təqdimatla çıxış edib. Qeyd edilib ki, layihənin həyata keçirildiyi müddətdə 521 tibb avadanlığı, o cümlədən 6 ventilyator və 1 BiPAP cihazı, 81 pasiyent monitoru, 141 oksigen konsentratoru və 229 nəbz oksimetri layihə çərçivəsində milli tərəfdaşlara təhvil verilib. Eyni zamanda, COVID-19 ilə ön cəbhədə mübarizə aparanların sağlamlığını qorumaq üçün 1 milyondan artıq fərdi mühafizə vasitəsi və 17 min 600 əl gigiyenası ləvazimatı ölkənin tibb müəssisələrinə təqdim edilib.

COVID-19 ilə mübarizə potensialının gücləndirilməsi məqsədilə 7800 tibb işçisi, tibb tələbəsi, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis və media nümayəndəsi müvafiq təlimlərə cəlb edilib. Bununla yanaşı, ÜST-nin “OpenWHO” onlayn təlim platformasının Azərbaycan səhifəsi istifadəyə verilib. Qısa müddət ərzində təlim platformasında azərbaycanlı tibb işçiləri tərəfindən qeydiyyatdan keçilən kursların sayı 10 dəfə artaraq 18 minə çatıb.

Layihə çərçivəsində COVID-19 pandemiyası ilə mübarizə və cavab tədbirlərinin gücləndirilməsi məqsədilə müxtəlif istiqamətlərdə milli səhiyyə tərəfdaşlarına texniki dəstək göstərilib. COVID-19 hallarının idarə edilməsi üzrə təlimatın yenilənməsi və infeksiyanın profilaktikası və nəzarət (İPN) üzrə İşçi Qrupunun yaradılması və fəaliyyəti dəstəklənib. Layihə tərəfindən 23 tibb müəssisəsi İPN üzrə, 5 tibb müəssisəsi COVID-19 hallarının idarəolunması, 7 tibb müəssisəsi oksigen təchizatı və istifadəsi üzrə qiymətləndirilib və müvafiq tövsiyələr verilib. “Sağlamlıq üçün həmrəylik təşəbbüsü” ilə ölkənin iki ən böyük psixi sağlamlıq müəssisəsinə doqquz ay ərzində psixoloqlar və sosial işçilər tərəfindən psixoloji yardım və psixo-sosial dəstək verilib.

Benefisiarların çıxışları dinlənilib, açıq müzakirələr aparılıb. Tədbirdə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və digər milli tərəfdaşlara dəstək olaraq ölkədə COVID-19 pandemiyasına hazırlıq və cavab tədbirləri istiqamətində görülən işlərin əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, Aİ-ÜST layihələri bundan sonra da Azərbaycanın səhiyyə sisteminə dəstək olaraq ölkə əhalisinin sağlam gələcəyinin təmin edilməsinə öz töhfəsini verəcək.

Sonda Aİ, ÜST, TƏBİB və Aİ, ÜST və Səhiyyə Nazirliyi arasında təhvil-təslim aktlarının imzalanması mərasimi keçirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir 

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb VİDEO

“Qida Təhlükəsizliyi” Simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib VİDEO

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar