SİYASƏT


Şair Ramaldanov: Nikol Paşinyan Qarabağ klanından qorxduğu üçün oğlunu təhlükəsiz yerə köçürüb

Bakı, 24 may, AZƏRTAC 

Ermənistanın baş naziri Nikol Paşinyan oğlu Aşot Paşinyanı Azərbaycanın işğal edilmiş ərazilərindəki hərbi hissədən - Qarabağdan çıxararaq Ermənistandakı hərbi hissələrdən birinə aparması onu göstərir ki, onun Qarabağ klanı ilə çox ciddi problemləri var.

Bunu hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov AZƏRTAC-a açıqlamasında deyib.

Ş.Ramaldanov bildirib ki, N.Paşinyan ucuz populizim xatirinə oğlunu Dağlıq Qarabağda xidmət etməyə göndərdi. İndi isə Qarabağ klanı, xüsusilə Köçəryan tərəfdarları ilə çox ciddi problemləri olduğu üçün oğlunu təhlükəsiz yerə Ermənistandakı hərbi hissələrdən birinə köçürüb. Digər səbəb isə Ermənistan cəmiyyətində Azərbaycanın artıq savaşa başlamağa hazır olduğundan doğan təşviş və narahatlıqdır. Ona görə Azərbaycan Ordusunun təlimlərindən öncə oğlunu təhlükəsiz yerə çıxarıb. Bu isə erməni rəhbərlərin bütün məsələlərə münasibətlərinin səmimi olmadığını, sadəcə populizmlə məşğul olmalarını, hətta maraqları xatirinə övladlarını, ailəsindən belə istifadə etmələrini göstərir. Real vəziyyət budur.

“Düşünürəm ki, N.Paşinyan Qarabağ klanı ilə aralarında olan soyuqluğu müəyyən qədər bəhanə edərək oğlunu Ermənistana gətirib. Bu, bir daha Ermənistanın Azərbaycan Silahlı Qüvvələrindən qorxduğunu göstərir. O, Azərbaycanın atacağı addımlardan çəkinərək məhz bu formada öz oğlunu təhlükəsiz əraziyə çıxarıb”, - deyə Ş.Ramaldanov qeyd edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.