Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Samirə Dəmirova: Məqsədim qədim və zəngin Azərbaycan mətbəxini yalnız Avstraliyada deyil, bütün dünyada tanıtmaqdır

Kanberra, 23 iyul, AZƏRTAC

Məqsədim qədim və zəngin Azərbaycan mətbəxini yalnız Avstraliyada deyil, bütün dünyada tanıtmaqdır.

Bu sözləri AZƏRTAC-ın Avstraliya üzrə xüsusi müxbirinə müsahibəsində 2006-cı ildən Pert şəhərində yaşayan həmyerlimiz, məşhur “Master Chef” kulinariya şousunun iştirakçısı Samirə Dəmirova deyib.

S.Dəmirova özü haqqında məlumat verərək bildirib ki, 1981-ci ildə Bakıda dünyaya gəlib. 138 nömrəli məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsində ali təhsil alıb. Həyat yoldaşı, əslən avstraliyalı Troy Ekliston ilə 2003-cü ildə Bakıda tanış olub. İxtisasca mühəndis-texnik olan T.Ekliston həmin vaxt Bakıya işlə bağlı gəlibmiş. Ailə qurduqdan sonra, 2006-cı ildə Avstraliyanın Pert şəhərinə köçüblər. İlk vaxtlar yeni ölkəni öyrənən Samirə yerli mədəniyyətə xüsusi maraq göstərib, qadın paltarlarının dizaynı və tikişi ilə məşğul olub, milli və beynəlxalq mətbəxi öyrənib, “Business Administration” məktəbində təhsilini davam etdirib. 2009-cu ildə həyat yoldaşının işi ilə bağlı Sinqapurda olarkən orada da yerli mətbəxi öyrənməyə xüsusi diqqət yetirib. 2010-cu ildə yenidən Pert şəhərinə qayıdıblar və həmin il qızı Skarlett dünyaya gəlib. İşlə əlaqədar Cənubi Koreyaya və Malayziyaya səfərlər zamanı isə bu ölkələrdə yerli mətbəxi öyrənməyə çalışıb. 2013-cü ildə oğlu Casper anadan olub. 2015-ci ilədək həm Malayziyada, həm də Avstraliyada yaşayıblar. Məhz həmin vaxtdan foto sənəti ilə ciddi maraqlanmağa başlayıb, öz bloqunu yaradaraq burada həm ailəsi, həm də dostları üçün hazırladığı yeməklərin reseptlərini paylaşıb.

2017-ci ildə yerli kastinq kompaniyası ona “Master Chef” kulinariya şousuna qatılmaq üçün ərizə ilə müraciət etməsi barədə dəvət göndərib. Bu sevindirici təklifdən həyəcanlanan Samirə uşaqları ilə uzun müddətli ayrılığa dözə bilməyəcəyinə görə şouya qatılmaq istəməyib. Xeyli düşündükdən sonra, müraciət üçün yalnız bir neçə saat qaldığı zaman ərizə formasını şirkətə göndərib. Heç özünün də gözləmədiyi bir halda onu şouya dəvət ediblər. Bundan sonra ağır zəhmət bahasına ilk dörd mərhələni keçərək, top 24-ə düşüb.

Samirə xüsusi vurğulayıb ki, şouya qatılmaqda əsas məqsədi məhz Azərbaycanı avstraliyalılara daha yaxından tanıtmaq olub. Məhz bu məqsədlə 2015-ci ildə öz bloqunu yaradaraq hazırladığı yeməklərin fotolarını çəkib və onları burada yerləşdirib. Ən böyük arzusu isə qədim və zəngin, tamı ilə dünyanı heyran qoyan Azərbaycan mətbəxini, mədəniyyətini tanıdacaq, illüstrasiyalarla zəngin kitabın Avstraliyada nəşr edilib yayılması olub. “Master Chef” teleşousu kimi bir proqramda iştirak isə bu arzunu reallaşdırmaq üçün ən əlverişli imkan yaradırdı.

Avstraliyada hələ də çoxlarının Azərbaycanı tanımadığını təəssüflə qeyd edən Samirə bildirib ki, belə bir şouda ölkəmizin nümayəndəsinin iştirakı Odlar Yurdunu tanıtmaq baxımından xüsusi əhəmiyyət kəsb edib. Əsrarəngiz təbiəti, qədim tarixi və zəngin mədəniyyəti olan Azərbaycanı bütün dünyada tanıtmaq onun əsas məqsədidir. Məhz bu məqsədə çatmaq üçün teleşouya bir vasitə kimi baxan Samirə əlindən gələni etməyi qərara alır. İnanır ki, bu, Avstraliyadan Azərbaycana gedən turistlərin sayının artmasına, ölkə iqtisadiyyatının inkişafına və yeni iş yerlərinin açılmasına böyük təsir göstərə bilər. Bir iqtisadçı kimi o, bu addımın əhəmiyyətini yaxşı başa düşür.

Şou-müsabiqədə iştirakın çox ağır olduğunu vurğulayan S.Dəmirova deyib ki, böyük zəhmət bahasına minlərlə iştirakçı arasından dörd mərhələni keçərək top 24-ə düşə bilib. Münsiflər heyətinin tərkibində isə tanınmış kulinar-tənqidçi Mett Preston, baş aşpaz, milliyətcə yunan olan Corc Kalombaris və Qeri Mehiqan kimi tanınmış simalar yer alıb. Samirənin vətənpərvərliyini yüksək qiymətləndirən M.Preston və C.Kalombaris ona dəstək olublar. Onların hər üçü Azərbaycan mətbəxini çox sevir.

Çəkilişlər ümumilikdə altı ay davam edib. Həm böyük uğura, həm də hərdən müşahidə edilən müvəffəqiyyətsizliyə baxmayaraq, Samirə əzmlə mübarizə aparıb. Hər dəfə müsabiqəyə qatılmasının əsas səbəbini xatırlayaraq bundan güc alıb. Müsabiqənin iştirakçıları arasında yeni dostlar tapsa da, uşaqları və normal həyat üçün darıxıb. Ağır məqamlarda məhz yeni dostları ona dayaq olublar.

Şou zamanı heyranedici məqamların da kifayət qədər olduğunu vurğulayan Samirə bunların arasında tanınmış kulinariya ilahəsi Naycella Lausonla görüşünü, şef kulinar Qordon Remzi ilə birlikdə yemək hazırlamasını, Avstraliyanın məşhur kulinar ulduzu Meqqi Biir ilə tanışlığını və ən əsası Əlahəzrət Şahzadə Çarlzla söhbətini xüsusi qeyd edib.

Şou zamanı hazırladığı yeməklər arasında isə gürzə, plov, zəfəranlı və vanilli dondurma, narlı qoyun əti qızartması, xəngəl və digərlərinin adını çəkən Samirə qeyd edib ki, bu yeməklərin hər biri münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Çəkdiyi böyük zəhmət nəticəsində teleşounun top yeddiliyinədək irəliləyib. Finala qədər yüksələ bilməməsindən təəssüfləndiyini deyən həmyerlimiz onun gücü daxilində olan hər şeyi etdiyini bildirib. Xüsusi vurğulayıb ki, Azərbaycanı tanıtmaq üçün belə bir imkandan istifadə etməsindən, məşhur şouya qatılmasından fəxr hissi duyur. Avstraliyalıların ürəyini və məhəbbətini qazanması isə onun üçün teleşounun əsas mükafatından da yüksəkdir. Bunu sosial şəbəkələrdə avstraliyalıların yazdıqları statuslar da təsdiq edir. Müsabiqə zamanı Azərbaycanın Avstraliyadakı səfirliyinin və diasporumuzun dəstəyini daim hiss etdiyini deyən Samirə, bu ölkədəki həmyerlilərimizə də minnətdarlığını bildirib.

Hazırda uzun ayrılıqdan sonra ailəsi ilə birlikdə xoşbəxt həyatını davam etdirdiyini deyən S.Dəmirova gələcək planları barədə də danışıb. Qeyd edib ki, teleşoudan sonra çoxlu təkliflər alıb, amma buna baxmayaraq, əsas məqsədi - Azərbaycan mətbəxi haqqında kitab üzərində işə başlayıb. Hazırda yeməklərin reseptlərinin sınağı və çəkilişləri davam edir.

Tezliklə Bakıya səfərə hazırlaşdığını deyən Samirə bildirib ki, çəkilişləri orada davam etdirməyi planlaşdırır. Noyabrda isə Marqaret Riverdə təşkil edilən böyük “Gourmet Escape” kulinariya festivalına qatılaraq burada milli yeməklərimizi hazırlayacaq. Eyni zamanda, özünün samskitchenblog.com bloqunda işi davam etdirəcək.

Samirə vurğulayıb ki, ən böyük arzusu Azərbaycan mətbəxi, təbiəti və mədəniyyəti barədə teleserial hazırlamaq və onu Avstraliyada, eyni zamanda, onun hüdudlarından uzaqlarda nümayiş etdirməkdir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Kanberra

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yaylmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB VİDEO

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar