MƏDƏNİYYƏT


San-Marinonu “Eurovision 2019”da türk müğənni təmsil edəcək

Bakı, 23 yanvar, AZƏRTAC

Bu il “Eurovision” mahnı müsabiqəsində San-Marinonu təmsil edəcək ifaçının adı açıqlanıb.

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bu, “Je Madore" mahnısı ilə Avropa musiqi siyahılarında həftələrlə birinci sırada yer alan türk müğənni Serhat Hacıpaşalıoğludur. Artıq məşqlərə başlayan sənətçi mətbuat konfransı da keçirib. O, həm San-Marino, həm də Türkiyə üçün əlindən gələni edəcəyini deyib.

Qeyd edək ki, Serhat ikinci dəfədir San-Marinonu "Eurovision"da təmsil edir. O, 2016-cı ildə də müsabiqəyə qatılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.