Sayğac sxemlərinə müdaxilə hallarının qarşısı alınır
AzerTAg.az
Bakı, 12 noyabr, AZƏRTAC
“Xızı” Elektrik Şəbəkəsi Müəssisəsində cari ilin yanvar-sentyabr aylarında istehlak 54,6 milyon kilovat-saata yaxın olub. Bu göstərici 2013-cü ilin müvafiq dövründəki istehlakdan 5,1 milyon kilovat-saat azdır. Ö cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 2013-cü ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 922 min kilovat-saatdan çox artaraq, təxminən, 6,7 milyon kilovat-saat təşkil edib. Ödənişdə artım qeydə alınıb.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu dövrdə müəssisədə keçirilmiş reydlər zamanı 155 qayda pozuntusu faktı aşkarlanıb və 1 milyon 304,1 min kilovat-saat itirilmiş elektrik enerjisinin 78,3 min manatdan artıq istehlak dəyəri bərpa edilib.
Son üç ayda müəssisədə təmir-bərpa işləri həyata keçirilib.
Xəbərin mətnində orfoqrafik səhv var