CƏMİYYƏT
Səbail rayonunda paytaxt sakininin bank hesabından beş min manat pul oğurlanıb
Bakı, 3 dekabr, AZƏRTAC
Paytaxt sakininin bank hesabından 5 min manat məbləğində pul oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinə Biləcəri qəsəbəsində yaşayan bir nəfərin bank hesabından beş min manat pulun oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Taleh Əliyev müəyyənləşdirilərək saxlanılıb.
Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinə Nizami küçəsində “Hyundai” markalı bir avtomobilin şüşəsinin sındırılaraq içərisində 400 manat, 100 ABŞ dolları pul və bank kartları olan cüzdanın oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Yevgeniy Varotnikov müəyyən olunaraq tutulub.
Hər iki faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.