CƏMİYYƏT


Səhiyyə naziri Vətən müharibəsi zamanı yaralanan veteranlarımızı ziyarət edib

Bakı, 27 sentyabr, AZƏRTAC

Səhiyyə naziri Teymur Musayev Buzovna qəsəbəsində yerləşən Sanator-Kurort Reabilitasiya Mərkəzində bərpa-müalicə xidmətlərindən yararlanan Vətən müharibəsi veteranlarını ziyarət edib.

AZƏRTAC nazirliyin mətbuat xidmətinə istinadla bildirir ki, səmimi şəraitdə keçən görüşdə Teymur Musayev 44 gün davam edən Vətən müharibəsinin təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndiyini bildirdi. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldığını vurğuladı.

Nazir şəhid ailələrinə və veteranlara qayğının dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğunu bildirdi. Xalqımız Vətən uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini dərin ehtiramla anır deyən nazir fikirlərini belə tamamlayıb : “Hər birimiz Vətən uğrunda canlarından, qanlarından, ailələrindən belə keçən və şəhidlik zirvəsinə ucalan igid Azərbaycan övladlarına həyatımızın sonuna qədər borcluyuq. Eyni zamanda, Qələbəni əsgər və zabitlərimizin döyüşlərdə böyük fədakarlığı hesabına qazandıq. Bizə bəxş etdiyiniz bu Qələbəyə görə Sizə minnətdarıq”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.