REGİONLAR


Şəkili fermerlər 73 hektardan çox ərazidə şəkər çuğunduru yetişdirirlər

Şəki, 14 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Son illər Şəkidə şəkər çuğunduru əkininə maraq xeyli artıb. Bu il rayonda şəkər çuğundurunun əkin sahəsi ötən illə müqayisədə 2 dəfədən çox artırılaraq 73,5 hektara çatdırılıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.

Qurum rəsmisinin sözlərinə görə, builki mövsümdə rayonda şəkər çuğundurunun əkib-becərilməsi ilə 6 fermer məşğul olur. Şəkər çuğunduru, əsasən, rayonun Çeşməli, Aşağı Küngüt, Öryət kəndlərinin ərazisində əkilib. İmişli şəkər zavodu ilə bağlanmış müqaviləyə əsasən məhsul həmin müəssisəyə təhvil veriləcək. Məhsul yığımına oktyabrda başlanılacaq.

Sektor müdiri bildirib ki, ötən il zavod şəkərlik faizindən asılı olaraq şəkər çuğundurunun hər tonuna görə şəkili fermerlərə 66-68 manat ödəyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.