CƏMİYYƏT
Seminarda məktəblilərə insan alverinin qurbanı olmamaq üçün zəruri biliklər verilib
Bakı, 18 yanvar, AZƏRTAC
Sumqayıt şəhərindəki 14 nömrəli orta məktəbdə “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici seminar keçirilib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Qızıl Aypara Cəmiyyətinin mətbuat xidmətindən məlumat veriblər.
Seminarı giriş sözü ilə cəmiyyətin Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova acaraq mövzunun mahiyyəti və bu sahədə zəruri bilik barədə danışıb.
Cəmiyyətin Sumqayıt şəhər bölməsinin könüllüsü Gülnar Tanrıverdiyeva hazırlanmış slayd əsasında “Kimlər insan alverinin qurbanı ola bilər?”, “İnsan alverinin qurbanı olmamaq üçün nələrə diqqət yetirmək lazımdır” barədə şagirdlərə ətraflı məlumat verib. Mövzuya həsr olunmuş videoçarxlar nümayiş olunub.
Seminarda şagirdləri maraqlandıran suallara cavablar verilib, mövzu ilə əlaqədar hazırlanmış bukletlər paylanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]