DÜNYA
Serbiya ilə Bosniya və Herseqovinada koronavirusa yoluxma halları artır
Belqrad, 8 dekabr, AZƏRTAC
Qərbi Balkan ölkələrindən Serbiya ilə Bosniya və Herseqovinada COVID-19 infeksiyasına yoluxma və ölüm hallarında artım müşahidə edilir.
AZƏRTAC xəbər verir ki, Serbiyanın Səhiyyə Nazirliyi Rusiya istehsalı olan birdəfəlik “Sputnik Light” peyvəndinin tezliklə tətbiq olunacağını açıqlayıb. COVID-19-a yoluxanların sayının 1 milyon 270 minə çatdığı Serbiya bununla da “Sputnik Light” peyvəndini təsdiqləyən ilk Avropa ölkəsi olacaq. Ölkədə COVID-19-un qurbanlarının sayı 11 min 955-ə yüksəlib.
Bosniya və Herseqovinada isə COVID-19-a qarşı peyvəndlərə maraq azdır. Bu səbəbdən ölkədə hər iki doza peyvənd olunanların əhaliyə nisbəti 30 faizi ötə bilməyib. Son 24 saat ərzində Bosniya və Herseqovinada 264 nəfərdə COVID-19 aşkarlanıb, 32 nəfər virusun qurbanı olub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]