SİYASƏT


Sergey Danilov: Ermənilər Qarabağ iqtisadi rayonunda ekoloji terror törədiblər

Sergey Danilov: Ermənilər Qarabağ iqtisadi rayonunda ekoloji terror törədiblər

Şuşa, 2 fevral, Elmir Səftərov, AZƏRTAC

Mənim üçün fevralın 2-si əlamətdar gündür. Çünki keçən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərlə görüşünün iştirakçılarından biri də mən olmuşam. Biz həmişə Prezidentin diqqət və qayğısını hiss edirik. Fürsətdən istifadə edərək ölkəmizin bütün gənclərini Laçın yolundan Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edirəm.

Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Rus Gəncləri Assosiasiyasının sədri Sergey Danilov söyləyib.

O deyib: “Artıq 2 gündür ki, fəallarımızla birlikdə aksiyada iştirak edirik və tələblərimiz sadədir - Azərbaycan ərazisində yataqların qanunsuz istismarına son qoyulmalıdır. Azərbaycan ekoloqlarının bu yataqlara getmək və onları araşdırmaq hüququ var, çünki Qarabağ Azərbaycan torpağıdır”.

Sergey Danilov qeyd edib ki, ekologiya mövzusuna toxunan Azərbaycanın işğal altında olmuş ərazilərində Ermənistanın ekosid törətməsinin, meşələrin yandırılması ilə məşğul olmasının, ekologiyaya zərər vurmasının şahidi olub. Biz bütün bunları işğaldan azad olunmuş ərazilərimizə səfərə gələrkən müşahidə edirik.

O əlavə edib ki, biz ekoloji terrorun hazırda Qarabağda, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında başvermə ehtimalını istisna etmirik. Bu səbəbdən də burada ekofəallar kimi təbiətin və ətraf mühitin qorunmasının tərəfdarıyıq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.