SİYASƏT


Simon Kopadze: Separatçı Ermənistan sabitlik və sülhün deyil, münaqişə və qarşıdurmanın tərəfdarıdır

Tbilisi, 8 fevral, AZƏRTAC

Gürcüstanın Axalkalaki rayonunun Boğaşen kəndində terrorçuya, muzdlu qatilə abidə qoyulması, ilk növbədə, Gürcüstan və Azərbaycan dövlətlərinə qarşı təxribat, xalqlarımıza qarşı qatı cinayətdir.

Bu sözləri fevralın 8-də Tbilisidə parlament binasının qarşısında keçirilən etiraz aksiyasında azərbaycanlılara dəstək verən politoloq, professor Simon Kopadze AZƏRTAC-a müsahibəsində söyləyib.

Politoloq deyib: “Mixail Avaqyan adlı terrorçuya, əli günahsız insanların qanına batmış cinayətkara abidə qoyulması heç də sadə erməni xalqının arzusunu ifadə etmir. Bəzi qüvvələr bu yolla Ermənistanda Baş nazir Nikol Paşinyana arxadan zərbə vurmaq istəyirlər. Rusiyadan istənilən dəstəyi ala bilməyən, eləcə də Azərbaycan Prezidenti İlham Əliyev ilə danışıqlardan məğlub ayrılan Nikol Paşinyanı istəməyən qüvvələr bu yolla onun Gürcüstan ilə münasibətlərini, eləcə də Gürcüstanın Azərbaycan ilə strateji tərəfdaşlıq əlaqələrini zəiflətmək istəyirlər”.

Onun sözlərinə görə, Ermənistanın separatçı qüvvələri Gürcüstanın tolerantlıq imicini zəiflətmək, Azərbaycan ilə dostluq münasibətlərini korlamağa çalışırlar.

Politoloq deyib: “M.Avaqyanın Axalkalakidəki büstü mütləq götürülməlidir. Əgər onlar həqiqi qəhrəman axtarırlarsa Abxaziyada Gürcüstanın müstəqilliyi uğrunda qəhrəmanlıq göstərərək həlak olan ermənilər çoxdur. Onlara abidə ucaltsınlar. Amma separatçı qüvvələr təbii ki, bunu etməzlər. Onlar heç həmin həlak olan insanların ailələrinə belə yardım göstərmirlər. Bu isə bir daha göstərir ki, separatçı Ermənistan dostluq, əməkdaşlıq, sülh və sabitlik deyil, həm ölkə daxilində, həm də regionda gərginlik, münaqişə və müharibə tərəfdarıdır”.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.